Icma.az
close
up
RU
Vardanyanın müraciətinin xain şifrələri

Vardanyanın müraciətinin xain şifrələri

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda həbsdə olan separatçı rejim təmsilçisi revanşistləri ruhlandırmağa çalışır - Bakıdan reaksiyalar

Bakıda saxlanılan erməni milyarder və separatçı rejim təmsilçisi Ruben Vardanyanın ötən həftəsonu yeni müraciəti yayılıb. Yekramos.org saytı xəbər verib ki, erməni dilindəki müraciətində Vardanyan əsasən bir təhlükəli fikri önə çəkib: “Müharibə bitməyib”.

Onun iddiasına görə, bu müharibə artıq klassik hərbi toqquşmalar şəklində deyil, daha mürəkkəb və görünməyən formalarla davam edir. Vardanyan Ermənistan uğrunda böyük güclərin - Rusiya və Avropa İttifaqı arasında gedən proseslərə işarə edərək “müdrikcə” bildirib ki, bu dartışmanın nəticəsində ölkə “üçüncü qüvvənin təsiri altına düşə bilər”.

Onun fikrincə, bu “üçüncü qüvvə” Ermənistanı iqtisadi və siyasi baxımdan tam asılı vəziyyətə salmağa çalışır. Yekunda həbsdəki separatçının əsas mesajı belədir: Ermənistanın qarşısında duran təhlükələr realdır və bu təhlükələrin qarşısını almaq üçün cəmiyyət passiv mövqedən imtina etməlidir. Əks halda, ölkəni daha ağır və dönüşü olmayan nəticələr gözləyə bilər.

Vardanyanın bu müraciəti onun Ermənistandakı kritik seçkilərlə bağlı “xalqı oyatmaq” istəyi kimi təqdim olunsa da, əslində çağırışlarda təhlükəli niyyətlər aşkar görünməkdədir. Onun xüsusi vurğuladığı “müharibə bitməyib” tezisi hazırda Paşinyana qarşı müxalifət olan revanşist rusiyapərəst qüvvələrin əsas şüarıdır, Vardanyan da onlara dəstəyi bu tezislə göstərir. Onun Ermənistanın guya “üçüncü qüvvənin” nəzarətinə keçəcəyi ilə bağlı iddiasında Bakı və Ankaranı nəzərdə tutduğu şübhə doğurmur. Həmçinin o, bu cür qeyri-müəyyən və konkret əsaslandırmadan uzaq iddialarla ictimai rəyi yönləndirmək və xarici düşmən obrazı yaratmaq istəyib, öz qısasçı ideoloji xəttini isə legitimləşdirməyə çalışıb.

Sabiq millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyanın yeni müraciəti Ermənistanın strateji seçimi haqqında həmin ölkə daxilində mövcud olan, mahiyyətcə bir-birinin tam əks qütblərində dayanan iki fərqli mövqe, iki fərqli yanaşmanı bir daha ifadə edir: “Ermənistan daxilində ciddi ideoloji və siyasi mübahisələr yaradıb. Bu mübahisənin bir tərəfində Rusiyanın regiona və Ermənistana təsirinin tədricən azaldılması və Qərbə inteqrasiya, regional kommunikasiyaların açılması, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətini müdafiə edən baş nazir Paşinyanın rəhbərlik etdiyi hazırkı hakimiyyət, digər tərəfində isə Ermənistanın Rusiyadan asılılığını saxlamaq, Azərbaycan və Türkiyə ilə qarşıdurma və yeni müharibə tərəfdarı, regional kommunikasiyaların açılmasına qarşı olan rusiyayönümlü revanşist qüvvələr durur. Başqa sözlə, hazırkı Ermənistan hakimiyyəti regional inteqrasiya və sülh, qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması yolu ilə ölkənin təhlükəsizliyinin və inkişafının təmin olunacağını düşünür. Revanşist qüvvələr isə bunun yeni asılılıqlara və risklərə yol aça biləcəyini hesab edir. Məhz revanşist qüvvələr Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə barışmaq istəmir və hazırkı hakimiyyətin apardığı siyasətin Ermənistan üçün təhlükəli olması, milli təhlükəsizlik, suverenlik və geosiyasi risklər yaratması barədə fikirlər səsləndirirlər. Vardanyanın son müraciəti də məhz bu ikinci yanaşmanın ifadəsidir”.

Q.Əlibəyli diqqətə çatdırdı ki, Vardanyanın müraciətində səslənən “müharibə bitməyib” və “üçüncü qüvvədən asılılıq” kimi ifadələr həm geosiyasi, həm də daxili siyasi baxımdan qiymətləndirilməlidir: “Hesab etmək olar ki, geosiyasi baxımdan "müharibə bitməyib ifadəsi" region uğrunda ABŞ və Avropa ilə Rusiya arasında kəskin qarşıdurmanın olmasını, hərbi əməliyyatlar baş verməsə də, siyasi, iqtisadi, informasiya və diplomatik mübarizənin davam etməsini və bu fonda Ermənistanın gələcək strateji seçiminin qəti müəyyən olunmamasını nəzərdə tutur. Bu, son dövrlər tez-tez işlədilən “hibrid müharibə” konsepsiyasına da uyğun gəlir. Bu konsepsiyaya görə, dövlətlər arasında mübarizə yalnız silahlı qarşıdurma ilə deyil, iqtisadi asılılıq, informasiya təsiri, siyasi nüfuz və diplomatik təzyiq vasitəsilə də aparılır. Müraciətin ən çox müzakirə olunan növbəti hissəsi Ermənistanın “üçüncü qüvvənin” nəzarətinə keçə biləcəyi barədə xəbərdarlıqdır. Vardanyanın “üçüncü qüvvə” dedikdə, Türkiyə və Azərbaycanı nəzərdə tutduğu şübhə doğurmur. O hesab edir ki, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan dövlətlərə çevrilməsi, Ermənistanın quru yolla dünyaya çıxışının əsasən bu iki dövlət vasitəsilə təmin olunması kontekstində Ermənistan nə Rusiyanın, nə də Avropa İttifaqının təsir dairəsinə daxil olmayıb, iqtisadi və siyasi baxımdan Türkiyə-Azərbaycan birliyindən asılı vəziyyətə düşə bilər. Vardanyanın Rusiyanın emissarı olmasını nəzərə alsaq, bu müraciətin daha çox qarşıdakı seçkilərdə revanşistlərin müdafiəsi və seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə edildiyi qənaətinə gələ bilərik".

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, bu gün hərbi cinayətlər törətmiş və qanunla cinayətləri sübuta yetirilmiş separatçı Ruben Vardanyanın Bakıdan verdiyi bəyanat təsadüfi deyil: “Vardanyanın bəyanatı iyunun 7-də Ermənistanda keçirilən gərgin parlament seşkilərinə hesablanmış addımdır. Məqsədli şəkildə müraciət edərək "müharibə bitməyib" mesajını verməklə Ermənistanda keçiriləcək bu seçkilərdə iştirakçı olan revanşist qüvvələrə rəhbərlik edən Robert Köçəryana verilmiş dəstəkdir. Vardanyanı hansı qüvvələr Qarabağa göndərmişdi? Əlbəttə ki, Rusiya. Rusiya Vardanyanı o dövrdə Nikol Paşinyan üçün alternativ hazırlayırdı. Onu Qarabağda vəzifəyə gətirərək, gələcəyə yönəlik plan qururdu. Paşinyana qədər Ermənistanda hakimiyyətə gələn prezidentlər məhz Qarabağdakı fəaliyyətinin nəticəsi olaraq Ermənistanda prezidentliyə gətirilmişdilər. Vardanyan öz tərəfdarlarına açıq mesaj verir ki, seçkidə rusiyameylli qüvvələrə səs verin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri