Icma.az
close
up
RU
Varlı amerikalılar övladlarına niyə pul vermir?

Varlı amerikalılar övladlarına niyə pul vermir?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da nəsillər arasında böyük sərvətin ötürülməsi fonunda yeni sosial mübahisə yaranıb. Qarşıdakı 20 il ərzində “baby boomer” nəslindən onların övladlarına təxminən 124 trilyon dollar keçəcəyi gözlənilir. Lakin bu nəhəng sərvət fonunda imkanlı ailələrdə böyüyən bəzi yetkin övladlar valideynlərinin onlara indidən maliyyə dəstəyi göstərməkdən imtina etməsindən narazıdır.

New York Post yazır ki, bəzi varlı ailələrin övladları mənzil almaq, kirayə haqqını ödəmək və ya peşəkar kursların xərcini qarşılamaq kimi məsələlərdə valideynlərindən yardım gözləyirlər. Onlar milyonlarla dollar toplayan valideynlərin övladlarının həyatının formalaşdığı dövrdə maddi dəstək göstərməməsini başa düşməkdə çətinlik çəkirlər.

38 yaşlı Nyu-York sakini, komik Ceysonun adı dəyişdirilib. Onun atası yaxın vaxtlarda milyonlarla dollar miras alıb. Lakin ata oğlunun nisbətən kiçik maliyyə xahişlərini belə yerinə yetirməkdən imtina edir. Məsələn, 600 dollarlıq improvizasiya kursunun pulunu ödəmək və ya mühüm kastinq üçün Los-Ancelesə aviabilet almaqdan imtina edib.

Atası bunu onunla əsaslandırır ki, ölümündən sonra oğlu artıq heç vaxt işləmək məcburiyyətində qalmayacaq.

“60 yaşım olana qədər niyə gözləməliyəm? Həyatımı həqiqətən dəyişə biləcəyi bir vaxtda mənə indi kömək et”, – deyə Ceyson narazılığını ifadə edib.

43 yaşlı Nyu-York sakini Eşli isə valideynlərinin öz daşınmaz əmlaklarını satdıqdan sonra ona mənzil almamasından narazıdır. Onun sözlərinə görə, valideynləri vergi güzəştlərindən xəbərdar olsalar da, bu addımı atmayıblar.

“Bəli, bu, eqoist səslənir, amma həqiqətdir. Onlar özlərinə həddindən artıq fokuslanmışdılar və düşünürdülər ki, universitet və toy xərclərimi ödəyiblərsə, bununla da hər şey bitib”, – Eşli bildirib.

Valideynlərin mövqeyi: “Pul motivasiyanı öldürə bilər”

Varlı valideynlərin və maliyyə ekspertlərinin əksəriyyəti isə məsələyə tamamilə fərqli yanaşır. Onların fikrincə, uşaqların maddi çətinliklərlə üzləşməsi onları daha məsuliyyətli və müstəqil olmağa öyrədir.

Texaslı biznesmen Riç Kinqli hesab edir ki, insanın hazır olmadığı bir həyata böyük məbləğdə pul tökmək onun təməlini möhkəmləndirmir, əksinə, zəif tərəflərini gizlədir. Onun fikrincə, övladlarının bütün maneələrini aradan qaldırmaqdansa, onların mübarizə aparmasını, uyğunlaşmasını və uğura özləri çatmasını izləmək daha doğrudur.

Peşəkar maliyyə məsləhətçiləri də bu mövqeyi bölüşürlər. Özəl sərvət idarəçiliyi üzrə ekspertlərin sözlərinə görə, varlı valideynlər övladlarına asanlıqla verilən pulun onlarda uzunmüddətli asılılıq yaradacağından və ambisiyalarını zəiflədəcəyindən ehtiyat edirlər.

Bundan başqa, övladlara davamlı şəkildə kiçik məbləğlərdə maliyyə yardımı göstərilməsi yaşlı valideynlərin öz pensiya planlarına da təsir edə bilər.

Beləliklə, ABŞ-da qarşıdakı illərdə nəsillər arasında 124 trilyon dollarlıq sərvətin ötürülməsi gözlənildiyi halda, əsas suallardan biri də pulun nə vaxt və hansı formada övladlara verilməsidir. Valideynlər maliyyə müstəqilliyini qorumağın vacibliyini vurğulayır, övladların bir qismi isə sərvətin gələcəkdə deyil, həyatlarının ən vacib mərhələsində onlara kömək etməsini istəyir.

Nadir Talıblı

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Avqust 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri