Icma.az
close
up
RU
Varlılar müharibəyə hazırlaşır: Super bunker evlər tikilir

Varlılar müharibəyə hazırlaşır: Super bunker evlər tikilir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya İran, HƏMAS və ya başqa bir ölkə ilə növbəti münaqişədən narahat olduğu bir vaxtda İsrailin elitası vaxt itirmir.

“Cebheinfo.az”-ın “Haaretz” qəzetinə istinadən məlumatına görə, ölkənin ən varlı sakinləri dizayner duş kabinlərindən tutmuş ev kinoteatrlarına qədər hər şeylə təchiz olunmuş geniş təhlükəsiz bunker otaqlar tikdirirlər.

"Bu, sadəcə təhlükəsiz otaq deyil, uzun müddət qalmaq üçün yaşayış sahəsidir", - deyə Tel-Əviv ətrafındakı Herzliya Pituaxdan olan beş uşaq anası Patrisiya Feldman-Guy bildirib.

O, Qəzza müharibəsi başladıqdan sonra qalaya bənzər bir ev yaratmaq üçün memar Boaz Snirə müraciət edib:

“Evdə 60 santimetr qalınlığında beton divarlar, güllə keçirməyən qapı və bütün ailə üçün nəzərdə tutulmuş bütöv bir zirzəmi olmalıdır. İçəridə soyuducu, valideynlər və uşaqlar üçün çarpayılar və tualet var. Lazım gələrsə, burada həftələrlə qala bilərik", - deyə Feldman-Guy əlavə edib.

Memar Snir qeyd edib ki, son iki ildə bu cür "ev sığınacaqlarına" tələbat kəskin şəkildə artıb.

"Müştərilər qalın divarlar, bunkerlər, filtrlənmiş ventilyasiya, ağlasığmaz hər şey istəyirlər", - deyə o bildirib.

İsraildəki bəzi lüks evlər indi zirzəmidən dama qədər tamamilə təhlükəsiz qalalara çevrilir.

"Əvvəllər insanlar təhlükə hiss etsəydilər, sadəcə başqa yerə gedərdilər. İndi uçacaq yer yoxdur, səma da bağlıdır", - deyə Snir vurulayıb.

Bu "lüks bunkerlər" tez-tez adi otaqlar kimi dizayn edilir: oyun otaqları, bahalı mebelləri olan ofislər və bəzən təhlükəsiz məkanlara çevrilən uşaq otaqları. Klaustrofobiyadan (qapalı yerlərdən qorxmaq fobiyası-red.) qaçınmaq üçün onların ölçüsü 20 ilə 40 kvadrat metr arasında dəyişir, elektrik sobası və duş tam işləmək vəziyyətdə olur.

Patrisiya deyib:

"Bir otağa qoyduğum investisiya təhlükəsizlik səbəbindən başqa yerə köçməklə müqayisədə heç nədir. Bu, ödəməyə hazır olduğum qiymətdir".

Keçən ilin iyul ayında İrana hücumdan sonra İsraildə təhlükəsiz otaqların genişləndirilməsinə və "yaş zonaların" - duş və tualetlərin əlavə edilməsinə icazə vermək üçün qanuna düzəliş edilib. İndi Təl-Əvivin və qərbi Negevin dəbdəbəli məhəllələrində ailələr üçün təhlükəsiz məkanlar tikilir. Bəzi evlərdə siren səsləri zamanı uşaqların və böyüklərin tez bir zamanda sığınacağa çatmasına imkan verən ikiqat təhlükəsiz otaqlar var.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri