Icma.az
close
up
RU
Varlıq içində yox luq... Uşaqların gələcəyi üçün maddi təminat, yoxsa emosional təhlükəsizlik vacibdir?

Varlıq içində yox luq... Uşaqların gələcəyi üçün maddi təminat, yoxsa emosional təhlükəsizlik vacibdir?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Valideynlər uşaqlarının gələcəyi üçün əllərindən gələni edirlər: yaxşı məktəb, bahalı geyim, kurslar, oyuncaq "dağ"ları… Amma bəzən bütün bu səylərin içində ən vacib olan, uşağın emosional təhlükəsizliyi unudulur. Bugünkü uşaqların çoxunun hər şeyi var, bir tək rahatlığı yoxdur.

“Hər şeyini alıram, amma yenə də məmnun deyil”. Bu cümləni bir çox valideyn səsləndirir. Amma uşaq üçün “hər şey” o demək deyil. Uşaq üçün əsas olan dinlənilmək, hiss olunmaq və güvən hissidir. O, bahalı oyuncağına deyil, yanında sakitcə oturan, diqqətlə qulaq asan valideynə bağlanır.

Maddi bolluq, emosional aclıq

Bəzən valideynlər günün çoxunu işdə keçirir, sonra isə vicdan rahatlığı üçün uşağa nəsə alır. Halbuki, emosional boşluğu maddi vasitə ilə doldurmaq mümkün deyil. Uşağın ehtiyacı “oyuncağa” deyil, “oynamağa”dır. Valideynlə keçirdiyi 15 dəqiqə, saatlarla alınan hədiyyədən daha dəyərlidir.

Uşaqların psixologiyasını formalaşdıran amillərdən biri, evdəki münasibət üslubudur. Daim tənqid, müqayisə və sərt ton altında böyüyən uşaq özünü heç vaxt yetərli hiss etmir. Sonra böyüyəndə də başqalarının sevgisinə inanmaqda çətinlik çəkir, çünki sevginin həmişə “şərtlərlə” verildiyini düşünür.

Emosional təhlükəsizlik nədir?

Bu, uşağın evdə öz fikrini deməkdən qorxmaması, səhv edəndə də seviləcəyinə inanmasıdır. Bu, qışqırığın yox, anlayışın olduğu mühitdir. Bu, “səni sevirəm, amma...” deyil, “səni sevirəm, nöqtə” deməkdir.

Təhlükəsiz uşaq – güvənli böyüklük deməkdir

Uşaqlıqda qorxu, tənqid və laqeydlik görən uşaq böyüyəndə ya aqressiv, ya da həddən artıq itaətkar olur. Amma sevgi və anlayış içində böyüyən uşaq güvənli şəxsiyyətə çevrilir, çünki bilir ki, onun dəyəri nəyə sahib olduğuna görə yox, kim olduğuna görədir.

Uşaqlara daha yaxşı həyat qurmaq istəyi təbiidir. Amma “yaxşı həyat” bahalı əşyalarla deyil, emosional balans və sevgi ilə başlayır. Valideyn uşağa ev tikə bilər, amma emosional sığınacaq qura bilirsə, o, həqiqətən yaxşı valideyndir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri