Varşavada məktəbdə bıçaqlanma olub, üç nəfər xəsarət alıb
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Varşavada özəl məktəbə hücum nəticəsində azı üç nəfər bıçaq yarası alıb.
Bu barədə "TVP Info" telekanalına Varşava polisinin mətbuat katibi Yatsek Vişnevski bildirib.
Məlumata görə, 21 yaşlı tələbə 17 yaşlı qıza bıçaqla hücum edib. 17 və 24 yaşlı daha iki qız da yaralanıb. Onların həyatı üçün təhlükə yoxdur.
Şübhəli şəxs saxlanılıb. Hücumun motivləri aydınlaşdırılır.
Bu, bir həftə ərzində Polşanın təhsil müəssisələrində artıq üçüncü bıçaqlı hücum hadisəsidir.
Oktyabrın 7-də Ostrolenka şəhərində texnikuma hücum nəticəsində doqquz nəfər, o cümlədən tələbələr, müəllimlər və yoldan ötən iki nəfər xəsarət alıb. Şübhəlinin təhsil müəssisəsinin 19 yaşlı tələbəsi olduğu məlum olub. O özünə xəsarət yetirib və xəstəxanadadır.
Növbəti gün - oktyabrın 8-də Leşçidul-Novinı yaşayış məntəqəsində ibtidai məktəbin 15 yaşlı keçmiş şagirdi təmizlikçi qadına hücum edib. O, xəstəxanada keçinib. Həmçinin hücum edən şəxsi dayandırmağa çalışan müəllim və məktəb direktoru da xəsarət alıblar.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Oktyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















