Icma.az
close
up
RU
Vasif dedi ki, ona bir az hörmət edək, bizdən əl çəksin

Vasif dedi ki, ona bir az hörmət edək, bizdən əl çəksin

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xalq artisti Gülyanaq Məmmədova ilə müğənnilər Vasif Məhərrəmli və Vəfa Şərifova arasında "Nazlanma" mahnısına görə mübahisə yaranıb. 

Axşam.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, mübahisəyə səbəb cənubi azərbaycanlı ifaçı və bəstəkar Mənsur Daneşvarın müəllifi olduğu "Nazlanma" mahnısının Vasif Məhərrəmli və Vəfa Şərifova tərəfindən müəllif icazəsi olmadan səsləndirilməsidir:

"Mahnının müəllifləri mən və Mənsur bəydir. Onlar isə mahnımızı icazəsiz oxuyublar. Biz bu mahnını efirdə təqdim etdikdən sonra Azərbaycan, İran, Türkiyə, Özbəkistan və digər ölkələrdə milyonlarla, hətta milyardlarla baxış topladıq. Mahnını özbək dilində də ifa etmişik. Onlar da bizim ifamızı dinləyib bəyəniblər. Mənsur bəy hər ikisinə mahnını icazəsiz oxuduqları üçün etirazını bildirdi. Hətta məsələni həll etmək üçün İrandan Azərbaycana  gəldi".

Gülyanaq Məmmədovanın sözlərinə görə, nə Vasif Məhərrəmli, nə də Vəfa Şərifova müəlliflə görüşmək və ya ondan icazə almaq təşəbbüsü göstərib:

"Gözlədik ki, heç olmasa zəng edib icazə istəsinlər. Bu da olmadı. Mənsuru tapa bilmirdilərsə, mən buradaydım. Zəng edib onun əlaqə nömrəsini ala bilərdilər. Heç biri bunu etmədi. Vasif mənə dedi ki, "Mənsurla danış, ona bir az hörmət edək, bizdən əl çəksin". Dedim ki, icazə vermir. Mənsur bəy İrandan Azərbaycana onları məhkəməyə vermək üçün gəlmişdi. Amma sonradan fikrini dəyişdi. Dedi ki, bir mahnıya görə o taylı-bu taylı Azərbaycan arasında qalmaqal yaratmaq istəmir. Buna baxmayaraq, müəllifdən halallıq almalı idilər. Təəssüf ki, bunu da etmədilər. Məhkəməyə  verə bilərdi, amma böyüklük göstərdi. Təəssüf ki, qarşı tərəfdən eyni münasibəti görmədi. Bu mahnı nə qədər baxış toplasa da, onun qonorarı müəllif Mənsur bəyə çatacaq".

Gülyanaq Məmmədova yaxın vaxtlarda "Nazlanma" mahnısına klip də çəkiləcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri