Icma.az
close
up
RU
Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil

Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar artist Nüşabə Ələsgərli "Tarixin bir günü" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı həmkarı, Əməkdar artist Vasif Məhərrəmlinin onun barəsində səsləndirdiyi "Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir" sözlərinə münasibət bildirib. O, həmkarını bu açıqlamasına görə qınayıb:

"Başqasının pulunu, cibini sayımaq, demək olmaz. Bu, yaxşı hal deyil. İnsanın zənginliyi onun daxili aləmi ilə ölçülür. Ataların bir sözü var - hər şey var, heç nə yoxdur. O deməkdir ki, bu gün onun hər şeyi ola bilər, amma evində hüzuru yoxdur və maddiyyat gözünə görsənməz. Hər şey var, soyuducu doludur, amma xəstədir, yeyə bilmir. İnsanın zənginliyi, onun sağllamlığıdır. Vasifin elə deməyi xoşuma gəlmədi. Deyir, yalan danışıram. Ümumiyyətlə uşaqlıqdan iqtisadiyyatı bilmişəm, yaxşı dəyərləndirmişəm. Məsələn, 1990-cı ildən el şənliklərinə gedirəm. 35 il edir. Bu illər ərzində inflyasiya vaxtı olub. Adam var ki, 3 otaqlı evini televizorla maqnitofona dəyişib. Bu adam səhv edib. Adam var, yatırımını evə edib. O vaxt almışam 5 manata, indi olub 45 manat. Bunları düzgün etmişəm. Onun hərəkəti doğru deyil. Şəxsi həyatdır. Bu, nə deməkdir? Səhv edib. Dünən Manaf Ağayevin ad günündə ona dedim, Vasif, səndən mənim adımı soruşmayıblar. Deyərdin, bilmirəm. Mən deyirəm, sənin nəyin var, nəyin yoxdur? Hərçənd sən məndən də əskik deyilsən. Amma mənim nəyimə lazımdır. Mən demərəm. 

Etdiyim yaxşılıqların birini də dilə gətirmirəm. Bu, etik normalara uyğun deyil. Heç kimin cibini saymaram, düzgün deyil. Özümüz haqqında yüksək pafoslu danışmırıq. Təzəvzökarlıq deyilən şey var. Bunları deyən adamlara görməmiş deyirlər".   

Aparıcı Tarix Əliyev (Tolik) N.Ələsgərlinin sözlərinə haqq qazandırıb:

"Vasifin imkanını mən də bilirəm. Rayonda villasını göstərib. Mən bilən Türkiyədə evi var. Amma Vasif bunları gizlədir. Axırıncı çıxan "Range Rover" sürür. Nömrəsinin 20-30 min qiyməti var. Xatirə İslam bir dəfə villasını göstərdi. Soruşdular ki, bu haradandır? Dedi ki, illərdir səhnədəyəm. Hər toydan 1000 manat dala ata bilmərəm ki? Nədir, biz acından ölməliyik? Təzə şey çıxıb, o bağı satardı, kasıblara verərdi. Qurban olum kasıba mən. Onsuz da, aşkar-gizlin nəsə edirik. Nə edim, mən də bomj olub küçədə yatım? Etdiyimiz yaxşılıqları niyə görmürsünüz?".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see278

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see269

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see264

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see251

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see249

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see249

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see241

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see232

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see230

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see226

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see221

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see221

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see218

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see211

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see208

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see206

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see204

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see197

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see197

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri