Icma.az
close
up
RU
Vasif SADIQLI, Dilçi akademikin “Dilin qorunmağa ehtiyacı yoxdur” iddiası barədə bir neçə kəlmə

Vasif SADIQLI, Dilçi akademikin “Dilin qorunmağa ehtiyacı yoxdur” iddiası barədə bir neçə kəlmə

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Bu gün mənə görə, cəmiyyətdə dilimizlə bağlı dərin mənası olmayan mübahisələr gedir: "Azərbaycan dili əldən gedir", "dilimizi qoruyaq" və s. Sən dili necə qoruyacaqsan? Dili əlinə silah alıb qoruyacaqsan? Dilin qorunmağa ehtiyacı yoxdur. Bu, mümkün deyil. Dil strukturdur. Amma nitqimizi qoruya bilərik. Bir dil kiminsə yanında 3 nəfərin başqa dildə danışması ilə əldən gedəcəksə, o dünəndən əldən getsə yaxşıdır…”. Ölkə.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platformanın təqdimat mərasimində çıxışı zamanı deyib.

Akademikin bundan sonrakı fikri isə lap şedevrdir: “Mütaliəmizlə beynimizdəki dil quruluşunu təkmilləşdirərək qoruya bilərik”.

Ah, cahil qərblilər, ah, zavallılar, ah, binəvalar, niyə oxumursunuz bizim akademiklərin kitablarını, niyə dinləmirsiniz onların hikmət dolu çıxışlarını, niyə onlar qızıl xırdalayanda əlinizə qara qələm alıb, canalıcı sözlərini bloknotun ağ bağrına yazıb, sonra tətbiq, təbliğ, təşviq etmirsiniz? Nə üçün? Elə ona görə qara gündəsiniz. Sizə haqq olur. Dəli, ipləmə yığını, dili də qoruyarlar? Akademik düz deyir də. “Sən dili necə qoruyacaqsan? Dili əlinə silah alıb qoruyacaqsan?” Utanıb yerə girmirlər… Dil strukturdur də. Harada görünüb ki, strukturu qoruyalar? Dünyada elə struktur varmı ki, onu qorusunlar? Barmaqlarınızı qatlayın, sayın. Heç nə tapa bilməyəcəksiniz. O barmaqlar heyrətə gəlmiş sünbülqıran kimi maddım-maddım üzünüzə baxacaq…

Qərb ölkələri cahildir, elə bu cahillikləri üzündən dili inzibati rıçaqlarla qorumaq kimi əcaib-qəraib xəyallara düşürlər. Məsələn, fransızlar ağıllarını IX əsrdən itirərək, kilsə xütbələrinin latın dilində oxunmasını qadağan ediblər. 1635-ci ildə Fransa Akademiyası dilin istifadəsi üzrə normalar müəyyənləşdirib və onlara əməl edilməsini tələb edib. O vaxtdan Akademiya əcnəbi sözlərin dilə gətirilməsini ciddi nəzarətdə saxlayır və onların yalnız zəruri ehtiyac olanda və ildə 10-15 sözdən çox olmamaqla lüğət tərkibinə daxil edilməsini (!) tövsiyə edir.

Yenə həmin Fransada 1976-cı ildə fransız dilini ingilis dili və digər dillərin, eləcə də xarici mədəniyyətlərin həmləsindən qorumaq üçün qanun qəbul edilib. Bu ölkədə hətta NATO beynəlmiləl abreviaturu (akronimi) yoxdur, onu OTAN kimi yazırlar (Organization du traite de L’Atlantique Nord).

Fransızlar əcnəbi sözlərin dilə daxil olmasına yad mədəniyyətlərin kodlarının və həyat tərzi elementlərinin yerli dilə soxulub kök salması kimi baxır və bunu qəbul etmirlər. Buna görədir ki, 1994-cü ildə Fransada əcnəbi sözlərin istifadəsini qadağan edən daha sərt qanun - Turbon qanunu qüvvəyə minib. Bu qanuna görə, hər hansı sözün fransızca ekvivalenti tapılmayınca ondan istifadə edilmir. Yeri gəlmişkən, Jak Şirak Parisin meri olanda bu qanuna əsaslanaraq paytaxt küçələrində ingilis dilində olan bütün lövhələrin yığışdırılmasını və hətta ingilis şirkətlərinin adlarının fransız dilinə tərcümə olunmasını əmr etmişdi.

Almanlar da az aşın duzu deyillər. Onlar dillərini ötən əsrin sonlarından qorumağa başlayıblar. Qloballaşma dövründə ingilis dilinin populyarlığının artması almanların da ağlını başından çıxarıb. İngilisizm fırtınası onları o qədər hiddətləndirib ki, alman qardaşlar akademikin “mütaliə ilə beyindəki dil quruluşunu təkmilləşdirərək dili qorumaq” postulatı yoxmuş kimi davranıblar və XX əsrin sonunda dillərini, mədəniyyətlərini qorumaq üçün Alman Dili Assosiasiyası (Verein Deutsche Sprache) yaradıblar. Təşəbbüskar isə filoloq deyil, statistika professoru Valter Kremerdir. Assosiasiya 1997-ci ildən “İlin dil saxtakarı” (“Sprachpanscher des Jahres”) alçaldıcı titulunu təsis edib. Bu titul həm fiziki şəxslərə, həm də müəssisələrə verilir. Assosiasiya 2023-cü ildə bu titulu ölkənin təhsil və elmi tədqiqat naziri Bettina Ştark-Vatsingerə (Bettina Stark-Watzinger) verib. İngilisizmlərlə mübarizə aparan qurum hər il “ilin antisözü”nü də elan edir.

Mənbə: https://www.dw.com (“Deutsche Welle” – “Alman dalğası”).

Alman Dili Assosiasiyası ingiliscə söz və ifadələr işlədən şəxslərə və strukturlara təzyiq göstərmək üçün bütöv bir tədbirlər sistemi hazırlayıb. “Silahları" kütləvi etirazdır. Onlar ingilisizm işlədən şirkətlərə məktub göndərərək mallarını boykot etməklə hədələyir, ingiliscə reklam materiallarına “Mənimlə alman dilində danış!” sözləri yazılmış möhür vururlar. Cəmiyyətin qəzeti alman dilini pozan şirkətlərin siyahısını dərc edir. Nəticədə qorxuya düşən şirkətlər alman dilinə münasibətini dəyişir.

Daha neçə-neçə ölkəni nümunə göstərmək olar ki, yerli dili yad təsirlərdən qorumaq üçün qanunvericilik səviyyəsində müvafiq tədbirlər görüb. Uzağa getməyək, postsovet məkanında Rusiya, Gürcüstan, Qazaxıstan və s. Ölkələrdə də belədir. Ana dilinin dəyər hesab edildiyi hər bir ölkədə hakimiyyət orqanları onu xarici təhlükələrdən qorumaq, saflaşdırmaq, orijinallığını və gözəlliyini qorumaq üçün genişmiqyaslı tədbirlər görür. Bir qədər yuxarıda sadaladığımız tədbirlərdən də göründüyü kimi, bu siyasət bəzən linqvistik purizm həddinə çatır... Bu həssaslığı başa düşmək olur. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, məşhur etnoloq, filosof Klod Levi-Stros çox sərrast ifadə etdiyi kimi, “…həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Dil hətta mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”.

Mirzə Cəlil demiş, deyəsən, çox qəmişliyə getdik. Yuxarıdakı misallardan sonra hörmətli akademik hirslənib deyə bilər ki, başqa ölkələrdən misal çəkmisiniz, bizim öz prinsiplərimiz, yanaşma tərzimiz, paradiqmamız, bütövdiqmamız var və s. Məncə, hörmətli Kamal müəllim hirslənməməlidir və ana dilinin taleyi üçün narahat olan vətəndaşlara da belə sərt şəkildə (“Sən dili necə qoruyacaqsan? Dili əlinə silah alıb qoruyacaqsan?”) xox gəlməməlidir. Çünki hamı akademik ola bilməz. Akademik olmayan şəxs isə hesab edə bilər ki, Dövlət Dil Komssiyasının üzvü olan akademikin Prezidentin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan xəbəri olmalıdır.

Həmin Dövlət Proqramının əsas vəzifələrindən biri belədir: “3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması... “.

Bəs deyirdiniz dili qorumurlar? Kinayəli sual da verirdiniz: “Dili əlinə silah alıb qoruyacaqsan?”.

Məzkur Dövlət Proqramında “dilin qorunması” ifadəsi daha 5 dəfə işlədilir, bunlar tədbirlər kompleksidir və hər birinin akademikə birbaşa və ya dolayı dəxli var. Dövlət Proqramının 6.1.5. bəndində deyilir ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakı təmin edilməlidir və bu bəndin icrasına məsul olanların biri də AMEA-dır, yəni həm də onun akademiki Kamal Abdulladır. Amma hörmətli akademik deyilən məsələdə ictimaiyyətin iştirakını təmin etmək əvəzinə, onlara hücum edir, çaşdırır, bu işdən çəkindirmək üçün heç bir elmi əsası olmayan iddia irəli sürür: “Dili qorumurlar... Hər kəs ...mütaliə yolu ilə beynindəki dil quruluşunu təkmilləşdirir” (?!)”.

Belə görünür, Dövlət Dil Komssiyasının üzvü olan hörmətli akademikin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan da xəbəri yoxdur.

Həmin qanunun preambulasında deyilir: “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır...”.

Yenə həmin qanunda deyilir: “1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir”.

Yenə həmin qanunda deyilir: “3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi”.

Yenə həmin qanunun II fəsli “Dövlət dilinin işlənməsi, qorunması və inkişafı” adlanır və s.

Bəs deyirdiniz dili qorumurlar? Kinayəli sual da verirdiniz: “Dili əlinə silah alıb qoruyacaqsan?”

Və yenə maraqlıdır ki, keçmiş dövlət müşavirinin, dilçi akademikin Prezidentin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanından da xəbəri yoxdur. Həmin Fərmanla Nazirlər Kabinetinə “dövlət dilinin tətbiqinə nəzarət edən, mediada, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq” tapşırılır. Absurda baxın ki, Dövlət Dil Komissiyasının üzvü həmin komissiyanın nəzdindəki Monitorinq Mərkəzinin nə məqsədlə yaradıldığından bixəbərdir. Ən qəribəsi isə odur ki, (bunu heç kəs oxumasın) akademik 24 (!) ildir üzvü olduğu Dövlət Dil Komissiyasının niyə yaradıldığını da bilmir. Rəsmi sənədlərdə həmin qurumun məhz “Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi” üçün yaradıldığı bildirilir. Əgər sizin təbirinizlə desək, dilin qorunmağa ehtiyacı yoxdursa, cənab Prezident vəzifəsi dili qorumaq olan o qurumu niyə yaradıb?

Belə. Yeri gəlmişkən, keçmiş dövlət müşavirinə xatırlatmaq istərdim ki (bunu da heç kəs oxumasın), onun keçmiş vəzifəsinin adında ədəbi dilimizin norması pozulub. Vəzifə belə adlanır: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri”. Buradakı səhvi orta məktəb müəllimi də tuta bilər...

Vəssalam, namə tamam. Xeyirli çərşənbə axşamları


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see203

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see188

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see148

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see143

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see141

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see138

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see136

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see134

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see133

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see132

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see131

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see131

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see130

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see129

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see126

Yumurtaları belə saxlayın Uzun müddət təzə qalacaq

16 Avqust 2025 22:41see125

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see120

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see119

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see118

Müslüm Maqomayevin SSRİ də göstərilməyən konserti

17 Avqust 2025 09:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri