Vasili Berezutski: “Bu yol məhsuldar, maraqlı və həyəcanlı olacaq” İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”ın baş məşqçisi olduğuma görə qürur duyuram”.
İdman.biz xəbər verir ki, bu sözləri “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski klubun rəsmi saytına açıqlamasında deyib.
O, “Sabah”a təyinatın özü üçün əla fürsət olduğunu bildirib: “Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və həyəcanlı olacaq. “Sabah”ı Murad Musayevin dövründən tanıyıram. Bir yerdə oxumuşuq. O, "Sabah"da işləməyə başladıqdan sonra komandanın oyunlarını izləyirdim. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu biləndə bir növ rahatlıq tapırsan. Azarkeşlərdən dəstək istəyirik. Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, fanatlar futbola gəlməkdən həzz alsınlar”.
Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















