Icma.az
close
up
RU
Bu, Türk dünyasının siyasi iqtisadi güc kimi formalaşmasına töhfə verəcək Açıqlama

Bu, Türk dünyasının siyasi iqtisadi güc kimi formalaşmasına töhfə verəcək Açıqlama

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Şərqlə Qərb arasında strateji açar rolunu oynayan Azərbaycan həm də Türk dünyasının inteqrasiyasında və beynəlxalq münasibətlər sistemində yeni siyasi-iqtisadi güc mərkəzi kimi formalaşmasında müstəsna rol oynamaqdadır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Prezident İlham Əliyevin Türkmənistana səfərini və səfər çərçivəsində Azərbaycan-Özbəkistan-Türkmənistan liderləri arasında keçirilən üçtərəfli sammiti şərh edərkən deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdan sonra Avrasiya coğrafiyasında yeni əməkdaşlıq formatları ilə bağlı irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir:

“Azərbaycanın yaratdığı reallığın tələblərinə uyğun olaraq yürütdüyü xarici siyasətin prioritetlərindən biri də Türk dünyası ölkələri və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasıdır. Bu məqsədlə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sıx əməkdaşlıq münasibətləri qurmaqdadır. Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri də bu siyasətin bariz göstəricisidir. Son illərdə iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir”, – o qeyd edib.

Deputat əlavə edib ki, Türkmənistanla əlaqələrin inkişafı bir çox cəhətdən mühüm əhəmiyyət kəsb edir:

Türkmənistan türkdilli dövlətlərin daha sıx əməkdaşlıq münasibətlərinin qurulması, Türkdilli Dövlətlər Təşkilatının sırasının genişlənərək daha ciddi güc mərkəzi kimi formalaşması baxımından;

Azərbaycanın Mərkəzi Asiya bölgəsinə daha rahat çıxışını təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Türkmənistan üzərindən quru yolu ilə Tacikistan, Əfqanıstan və digər region ölkələrinə rahat çıxış əldə etmək imkanı qazanır;

İki ölkə arasında əməkdaşlığın genişlənməsi, heç şübhəsiz ki, bu gün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Orta Dəhlizin rolunun daha da gücləndirilməsi baxımından önəmlidir;

Enerji sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi, gələcəkdə Türkmənistan qazının və yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya nəqli baxımından əhəmiyyətlidir;

Zirvə görüşləri, gənclər proqramları, iqtisadi forumlar türkdilli dövlətlər arasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edir;

Qarabağ və Şərqi Zəngəzurun bərpası baxımından;

Azərbaycanın yaratdığı reallıqların daha da möhkəmlənməsi baxımından müstəsna rol oynayır.

“Cənab Prezidentin Türkmənistan səfəri ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əlaqələrin daha da inkişafına və Azərbaycanın qarşıya qoyduğu hədəflərə nail olunmasında müstəsna rol oynayacaq”, – deputat vurğulayıb.

Azərbaycan-Türkmənistan-Özbəkistan arasında keçirilən üçtərəfli sammitlə bağlı mövqeyini açıqlayan deputat bildirib ki, bu Zirvə görüşü bütövlükdə Mərkəzi Asiya–Azərbaycan və Türk dünyası ölkələri arasında daha sıx münasibətlərin qurulmasında yeni bir mərhələyə keçməsinə öz töhfəsini verəcək.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri