Icma.az
close
up
RU
Vaşinqton görüşü Amerika Birləşmiş Ştatları və Azərbaycan münasibətləri baxımından çox mühüm bir hadisə olacaq

Vaşinqton görüşü Amerika Birləşmiş Ştatları və Azərbaycan münasibətləri baxımından çox mühüm bir hadisə olacaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bu gün Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır. Görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək üçtərəfli görüş təkcə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında mühüm bir addım kimi qiymətləndirilməməlidir. Bu görüş həm də bütövlükdə Cənubi Qafqazda tarixən formalaşmış güc balansının yenidən inşa olunması və regionun yeni gələcək perspektivlərə qovuşması hadisəsi kimi qiymətləndirilməlidir.

“Nəticə etibarilə mediada yazılan məlumatlara görə, üçtərəfli görüşdən sonra tərəflər arasında memorandum imzalanacaq. Bu, əhəmiyyətli bir sənəddir, çünki tərəflər arasında barəsində danışılan məsələ haqqında yazılı mətn tərtib olunur, onun hüquqi, siyasi təsviri verilir və hansı hüquqi əsaslarda məsələnin tənzimlənməsi şərtləri qəbul edilir. Bu isə özlüyündə memorandumdan sonra növbəti mərhələdə artıq bəhs olunan məsələnin texniki tərəflərinin necə icra olunmasını şərtləndirir. Və göründüyü kimi, əgər doğrudan da bir memorandum imzalanacaqsa, demək ki, burada biz artıq etibarlı və uzunmüddətli sülhün hüquqi təsvirini də görmüş olacağıq. Hətta sülhün olmazsa olmazı olan kommunikasiyaların açılması, dəhliz adlandırılmasa belə sənəddə dəhlizin, Zəngəzur dəhlizinin açılması, şərtləri və iş rejimi də demək burada təsvir olunacaqdır. Yəni imzalanacaq sənədin memorandum adlandırılmasının qayəsi bundan ibarətdir”-deyən deputat hesab edir ki, bu görüşü bəri başdan biz tarixi görüş kimi qiymətləndirə bilərik.

Deputatın fikrincə, eyni zamanda görüşdən sonra ABŞ ın Azərbaycan prezidenti ilə ayrıca bir görüş keçirməsi də heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında tamamilə yeni imkanlar və perspektivlər yaradacaq.

Bu da həm regional təhlükəsizlik və inkişaf baxımından, həm də sırf ikitərəfli qaydada Amerika Birləşmiş Ştatları və Azərbaycan münasibətləri baxımından çox mühüm bir hadisə olacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri