Icma.az
close
up
RU
Vaşinqton masası: Avrasiyanın geosiyasi memarlığında yeni mərhələ

Vaşinqton masası: Avrasiyanın geosiyasi memarlığında yeni mərhələ

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın yüksələn regional çəkisi, Orta Asiyanın yenidən mövqelənməsi və Rusiyanın daralan təsir zonası

2025-ci ildə Vaşinqtonda baş verən iki ardıcıl diplomatik hadisə – Prezident İlham Əliyevin 8 avqust tarixli Ağ Ev görüşü və 7 noyabr tarixində Orta Asiya liderlərinin Donald Tramp tərəfindən kollektiv şəkildə qəbul edilməsi – Avrasiyanın geosiyasi memarlığında yeni mərhələnin başlandığını göstərdi.

Bu proses təkcə Azərbaycan və Orta Asiya ölkələri üçün deyil, həm də Rusiya üçün ciddi strateji nəticələr doğuracaq. Vaşinqtonun ardıcıl addımları regionda tarazlıq mexanizmlərini yenidən qurur və Moskvanın illərlə saxladığı “yaxın xaric” doktrinasını faktiki olaraq etibarsızlaşdırır.

Burada bu prosesin siyasi, enerji, təhlükəsizlik və tranzit ölçülərinə ayrı-ayrılıqda baxmağa cəhd edəcəm.

1. İlham Əliyevin Ağ Ev görüşü: yeni geosiyasi pivot

2025-ci il 8 avqust görüşü Vaşinqton–Bakı xəttində adi ikitərəfli diplomatik hadisə deyildi. Bu görüşün strateji mahiyyəti üç əsas kontekstdə ortaya çıxır:

Azərbaycan artıq Cənubi Qafqazın sabitlik mərkəzidir. 2020-ci il müharibəsindən sonra regionda siyasi sabitlik yalnız Bakının idarə etdiyi təhlükəsizlik balansı üzərində mümkün olmuşdu. ABŞ üçün bu, Cənubi Qafqazda etibar edilə biləcək yeganə regional aktyorun kim olduğunu təyin etdi.

Bizim ölkə Orta Dəhlizin aparıcı ölkəsinə çevrilib. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə xətti olan Orta Dəhliz XXI əsrin Avropa–Asiya ticarət axını üçün əsas alternativ marşrutdur. Bu xəttin işləməsi Bakının nəzarətində olan enerji və logistika infrastrukturundan asılıdır.

Enerji təhlükəsizliyində əsas tərəfdaş Azərbaycandır. Cənub Qaz Dəhlizinin real sahibi və operatoru kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində kritik rol oynayır. İlham Əliyev və Trampın görüşü bu rolun Vaşinqton tərəfindən strateji səviyyədə tanınmasıdır.

Bu görüşdən sonra ABŞ-ın Orta Asiyaya yönəlməsi məhz Azərbaycanın iştirakı ilə qurulan geosiyasi düzənə söykənəcək.

2. Orta Asiya liderlərinin Vaşinqtonda toplanması: yeni siyasi konfiqurasiya

8 avqust görüşündən dərhal sonra ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərini Ağ Evdə bir masa ətrafında topladı.

“C5+1” formatı tarixində ilk dəfə Prezident səviyyəsində və Ağ Evdə baş tutması ilə seçilirdi.

ABŞ-ın məqsədi Vaşinqtonun bu addımını aşağıdakı strateji hədəflərə yönəltməkdir:

Moskva və Pekinin təsirini balanslaşdırmaq;
Orta Dəhlizi genişləndirmək və təhlükəsizliyini təmin etmək;

Enerji resurslarında Rusiya marşrutlarını kənarda qoymaq;

Regiondakı siyasi sabitliyi NATO-nun geniş Avrasiya konsepsiyasına inteqrasiya etmək.

Liderlərin çıxışlarında 

Tokayev iqtisadi modernləşmə və enerji marşrutlarının diversifikasiyasını;

Mirziyoyev regional liberallaşmanı;

Japarov təhlükəsizlik risklərini;

Rəhmon sərhəd təhlükəsizliyini;
Berdimuhamedov isə qaz-nəqliyyat dəhlizlərini gündəmə gətirdi;

Bu çıxışlar Vaşinqtonun regionu artıq vahid geosiyasi aktor kimi qəbul etdiyini göstəririr.

3. Azərbaycanın regiondakı mövqeyinə təsirləri

Orta Asiya liderlərinin Vaşinqtonda toplanması Azərbaycana bir neçə strateji nəticə qazandırır:

Bakı Orta Dəhlizin siyasi mərkəzinə çevrildi. Regionun ABŞ-la dialoqu faktiki olaraq Azərbaycan üzərindən yenidən qurulur. Bakı həm Xəzərin qərb qapısıdır, həm də Orta Asiya ilə Qərb arasında əsas tranzit ölkəsidir.

Enerji diplomatiyasında Azərbaycanın çəkisi artır. Transxəzər layihəsinin gündəmə gəlməsi Azərbaycanı həm Orta Asiya qazının, həm də aşağı karbon infrastrukturunun keçid marşrutu edir.

Təhlükəsizlik arxitekturasında Bakı həlledici rol oynayır. ABŞ regiona yeni təhlükəsizlik mexanizmləri tətbiq edərkən Cənubi Qafqazda balans yaradan yeganə ölkə kimi Azərbaycandan istifadə edir.

4. Rusiya üçün nəticələr: daralan təsir zonası

Vaşinqtonun ardıcıl addımları Rusiyanın postsovet məkanındakı təsir üstünlüyünə ciddi zərbə vurdu. Moskvanın “Yaxın xaric” doktrinasının sonu gəldi. Orta Asiya ölkələrinin Kremlin icazəsi olmadan ABŞ-la bərabərhüquqlu masa arxasında oturması Rusiyanın imperiya iddiasının zəifləməsinin açıq göstəricisidir.

Enerji monopoliyasının dağılması ilə Azərbaycan üzərindən yeni marşrutlar Moskvaya qarşı enerji rıçaqlarını zəiflədir. Orta Asiya qazının Transxəzər yolu ilə Cənub Qaz Dəhlizinə inteqrasiyası Rusiyanın ən böyük geosiyasi alətini sıradan çıxarır.

KTMT nüfuzdan düşərək, lüzumsuz bir qurum durumuna düşdü. Qazaxıstan, Qırğızıstan və Tacikistanla bağlı böhranlarda KTMT-nin passivliyi Rusiyanın təhlükəsizlik təminatçısı kimi rolunu zatən heçə endirmişdi.

Orta Dəhliz isə Rusiyanı iqtisadi xəritədən kənara atır. Yeni tranzit marşrutu Rusiyanı Avrasiya ticarət modelindən təcrid edir. Bu proses Kreml üçün strateji məğlubiyyətdir

Orta Asiya liderlərinin Qərbə tərəf yön dəyişdirməsi sadəcə Avrasiya üçün deyil, ümumən dünya fövqəladə dərəcədə böyük hadisədir. Liderlərin ABŞ-la danışıqlarda istifadə etdiyi daha sərbəst və bərabərhüquqlu dil Moskvanın mümkün təsirinin azalmasını simvolizə edir.

Nəticə etibarı ilə mərkəzində Azərbaycanın yer aldığı yeni Avrasiya nizamı hələ çox danışılıb müzakirə olunacaq. 2025-ci ilin avqust və noyabr aylarında baş verən iki Vaşinqton görüşü Avrasiyada yeni reallıq yaratdı:

Azərbaycan Şərq–Qərb dəhlizinin mərkəzi kimi yüksəldi;
Orta Asiya Moskvanın orbitindən qismən çıxaraq Qərblə balanslı əməkdaşlıq modelinə keçdi;
Rusiya enerji, hərbi-siyasi və tranzit üstünlüklərinin böyük hissəsini itirməyə başladı;
ABŞ isə regionda yeni strateji mövqeləndirmə həyata keçirdi.

Bu proses göstərir ki, Avrasiyanın XXI əsr geosiyasi xəritəsi artıq tək bir qütb üzərində deyil, Bakı–Ankara–Vaşinqton oxu üzərində formalaşır.

Azərbaycan bu yeni düzənin əsas oyunçularından birinə çevrilir, həm də təkcə Cənubi Qafqazda yox, bütün Mərkəzi Avrasiya məkanında.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri