Icma.az
close
up
RU
Avrasiyanın yeni regional formatı ANALİTİK

Avrasiyanın yeni regional formatı ANALİTİK

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Son illərdə dünya siyasətində güc balansı sürətlə dəyişir, regional əməkdaşlıq formatları yenidən dəyərləndirilir. Qlobal nizamda qeyri-müəyyənlik artdıqca, tarixi, mədəni və siyasi bağlılığı olan regionların daha sıx əməkdaşlığa meyli güclənir. Bu baxımdan, Azərbaycan və Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan arasında yaranan yeni strateji yaxınlaşma artıq “vahid regional formatın” formalaşması kimi qiymətləndirilir. Bu proses təkcə siyasi dialoqla məhdudlaşmır; nəqliyyat-logistika zəncirlərindən enerji əməkdaşlığına, mədəni inteqrasiyadan təhlükəsizlik məsələlərinə qədər geniş sahələri əhatə edir. Hazırda Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq bölgənin geosiyasi xəritəsini yenidən cızır.

Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən amillər uzunmüddətli tarixi köklərə dayanır. Türk xalqlarının ortaq dili, mədəniyyəti və ənənələri XXI əsrdə siyasi və iqtisadi əlaqələrin inkişafı üçün münbit platforma yaradıb. Bu ortaq mədəni mühit son illərdə daha institusional formaya düşüb. Yəni, Türk Dövlətləri Təşkilatının genişlənməsi və aktivləşməsi, birgə humanitar layihələr, regional əməkdaşlığın siyasi zeminə oturması kimi. Məhz bu ortaq identiklik yeni formatın əsas ideoloji dayağını təşkil edir.
Orta Dəhliz – Vahid formatın əsas dayağı
Azərbaycan–Mərkəzi Asiya inteqrasiyasının ən mühüm istiqamətlərindən biri nəqliyyat-kommunikasiya körpüsünün genişləndirilməsidir. Bu sahədə Azərbaycan artıq regionun əsas tranzit mərkəzinə çevrilməkdədir. Çin–Orta Asiya–Xəzər dənizi–Azərbaycan–Türkiyə–Avropa xəttini birləşdirən Orta Dəhliz son illərin ən strateji layihələrindən biridir. Bu dəhliz qlobal ticarətin Asiya–Avropa xəttində əsas alternativ yol kimi möhkəmlənməsinə, Xəzər hövzəsində Azərbaycan və Mərkəzi Asiya limanlarının rolunun artmasına, region ölkələrinin logistik inteqrasiyasına xidmət edir. Hazırda Bakı Limanı, Aktau və Kurık limanları ilə birlikdə vahid bir logistik platforma kimi fəaliyyətini genişləndirir. Dəhlizin rəqəmsallaşdırılması və bürokratik maneələrin azaldılması Azərbaycan və Mərkəzi Asiyanı praktik olaraq vahid nəqliyyat formatına çevirir.Qlobal enerji və ticarət xəritəsinin sürətlə dəyişdiyi bir dövrdə nəqliyyat-kommunikasiya şəbəkələri dövlətlərin siyasi gücünü müəyyən edən əsas faktorlardan birinə çevrilib. Asiyadan Avropaya uzanan ticarət yollarının yenidən formalaşması nəticəsində Orta Dəhliz – yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Avrasiyanın ən strateji dəhlizlərindən biri kimi önə çıxır. Bu dəhliz yalnız bir yol deyil. O, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini vahid iqtisadi, logistik və siyasi formata birləşdirən əsas dayağa çevrilir. Bu gün Orta Dəhliz regionun gələcəyini müəyyən edən ən həlledici inteqrasiya platformasıdır.Orta Dəhliz marşrutu Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. Bu xətt ən qısa nəqliyyat marşrutlarından biridir, geosiyasi risklərin daha az olduğu alternativ yoldur, dövlətlər arasında sinxron əməkdaşlıq tələb edən kompleks sistemdir. Bu səbəbdən dəhliz sadəcə logistika layihəsi deyil, hətta bəzi ekspertlər onu “Türk dünyasının iqtisadi onurğa sütunu” adlandırır. Regionda tranzitin əsas idarəetmə mərkəzi Azərbaycandır. Bunun bir neçə əsas səbəbi var. Birincisi, Bakı Limanı – Xəzərin qapısı, yəni, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiyadan gələn yüklərin Avropaya keçidi üçün əsas platformadır. İkincisi Bakı–Tbilisi–Qars dəmir yolu, yəni Avropaya birbaşa çıxış. Bu xətt yüklərin Asiyadan Avropaya daşınma müddətini xeyli qısaldır və sabit infrastruktur təmin edir. Üçüncüsü, rəqəmsal və gömrük mexanizmlərinin sadələşdirilməsi. Azərbaycan rəqəmsal tranzit, “bir pəncərə” xidmətləri və elektron bəyannamə sistemi ilə dəhlizin effektivliyini artırır. Bu elementlər Orta Dəhlizi sadəcə ticarət xətti deyil, vahid regional formatın təməli edir.Qazaxıstan, Özbəkistan və Türkmənistan dəhlizin digər dayaqlarıdır. Bu ölkələr nəqliyyat infrastrukturunu genişləndirir, Xəzər limanlarına böyük investisiyalar yatırır, dəhliz üzrə vahid tarif siyasətinin formalaşmasına çalışır, Azərbaycanla enerji və logistika sahəsində yeni memorandumlar imzalayır. Nəticə etibarilə Asiya ilə Avropa arasında böyük həcmli yük axını məhz bu ölkələr vasitəsilə həyata keçirilməkdədir və bu, dövlətləri vahid tranzit formatında birləşdirir. Orta Dəhliz niyə regional vəhdətin əsası sayılır sualına da cavab tapmış oluruq: Əvvəla, iqtisadi asılılığın azalması - dəhliz ölkələri bir-birinə daha çox inteqrasiya etdikcə, xarici risklərdən daha az təsirlənirlər, ikincisi, strateji koordinasiya yaranır - tarif siyasətləri, gömrük prosedurları və logistik ssenarilər üzrə vahid yanaşma formalaşır, üçüncüsü, enerji və yük daşımalarının diversifikasiyası - Azərbaycan və Mərkəzi Asiya enerji ehtiyatlarının Avropaya çıxışı məhz Orta Dəhliz üzərindən daha təhlükəsiz və iqtisadi cəhətdən səmərəli olur, dördüncüsü, Türk dövlətlərinin siyasi yaxınlaşmasını təmin edir - nəqliyyat əməkdaşlığı siyasi və təhlükəsizlik sahəsində koordinasiyanı artırır, Türk Dövlətləri Təşkilatının aktivliyinə yeni nəfəs verir.Avropa İttifaqı alternativ marşrutlara ehtiyac duyduğu üçün dəhlizə maraq artır. Çin ticarətinin diversifikasiyası baxımından Dəhliz İpək Yolunun əsas hissəsinə çevrilir. Türkiyə bu xətt vasitəsilə Avrasiyanın mərkəzi oyunçusuna çevrilir. Xəzər dənizi logistika və enerji tranzitinin əsas platforması statusunu möhkəmləndirir. Beləliklə, Orta Dəhliz artıq yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan geostrateji qovşaqdır. Orta Dəhliz bu gün Azərbaycan və Mərkəzi Asiya arasında formalaşan vahid strateji formatın əsas dayağı, regionun iqtisadi təhlükəsizliyinin isə onurğa sütunu sayılır.
Qlobal bazarda yeni güc mərkəzi
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin enerji resursları böyük həcmdədir və dünya bazarında strateji əhəmiyyətə malikdir. Bu resursların dünya bazarlarına çıxışının koordinasiyası yeni enerji arxitekturası yaradır. Azərbaycan qazının Avropaya çıxışı ilə yaranan Cənub Qaz Dəhlizi, gələcəkdə Mərkəzi Asiya qazının tranzit imkanlarını da nəzərdə tutur. Xəzər dənizi vasitəsilə elektrik enerjisi ixracı üçün yaşıl enerji dəhlizi layihələri inkişaf etdirilir. Bərpa olunan enerji sahəsində Qazaxıstan və Azərbaycan arasında yeni tərəfdaşlıq gündəmə gəlib. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi əlaqələri gücləndirir, regionun enerji təhlükəsizliyində ortaq maraqları formalaşdırır. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin prezident səviyyəsində intensiv siyasi dialoqu regional formatın konturlarını daha da dəqiqləşdirir. Tərəflər müxtəlif istiqamətlərdə koordinasiyalı mövqelər nümayiş etdirir. Əsas diqqətşəkən məqam isə, Türk Dövlətləri Təşkilatı çərçivəsində qərarların uzlaşdırılması, beynəlxalq təşkilatlarda bir-birinə dəstək, regional təhlükəsizlik və sabitlik məsələlərində ortaq yanaşmadır.Xəzər hövzəsində əməkdaşlıq, sərhəd təhlükəsizliyi və terrorizmlə mübarizə də yeni formatın siyasi aspektlərini daha da gücləndirir. Azərbaycan və Mərkəzi Asiyanın birləşməsi yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. Mədəni inteqrasiya trendləri də genişlənir, təhsil layihələri, tələbə mübadiləsi, media və informasiya əməkdaşlığı, ortaq film və sənədli layihələr, Türk dünyası mədəniyyət paytaxtı proqramları və s. önəmli məsələləri xalqlar arasında emosional bağları gücləndirir və inteqrasiyanı daha dərinləşdirir.Azərbaycan və Mərkəzi Asiya arasında formalaşmaqda olan vahid regional format artıq reallığa çevrilir. Bu format, iqtisadi potensialı genişləndirir, nəqliyyat və enerji təhlükəsizliyini təmin edir, Türk dünyası daxilində siyasi birliyi gücləndirir, Avrasiya məkanında yeni güc balansı yaradır. Ən önəmlisi isə odur ki, bu inteqrasiya təkcə hökumətlər səviyyəsində deyil, xalqlar arasındakı yaxınlaşma ilə də dəstəklənir. Gələcəkdə Azərbaycan və Mərkəzi Asiya əlaqələri daha da dərinləşəcək və Avrasiyanın yeni strateji koordinat sisteminin əsas sütunlarından birinə çevriləcək.Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə Cənubi Qafqazdan tutmuş Çinə qədər uzanan ticarət xəttinin əsas qovşağı statusunu qazandırır. Bakı Limanı, “Bakı–Tbilisi–Qars” dəmir yolu və genişlənən Xəzər limanları Mərkəzi Asiyanın Avropaya çıxışı üçün əsas körpüdür. Prezident səviyyəsində baş tutan qarşılıqlı səfərlər, strateji əməkdaşlıq sazişləri və təhlükəsizlik dialoqu region ölkələrinin vahid mövqe sərgiləməsini gücləndirir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya sadəcə tərəfdaş yox, Avrasiyanın gələcəyini quran vahid strateji ailə forması alır.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see339

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see260

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see258

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see246

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see233

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see232

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see231

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see223

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see222

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see220

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see220

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see216

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see216

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see211

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see205

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see203

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see201

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see200

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri