Icma.az
close
up
RU
VAŞİNQTON MOSKVA TANQOSU: YAŞASIN MÜHARİBƏ! Və ABŞ nin müharibədən qazancları

VAŞİNQTON MOSKVA TANQOSU: YAŞASIN MÜHARİBƏ! Və ABŞ nin müharibədən qazancları

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Trampın hoqqabazlıqları Ağ Evin müharibədən qazanclarını sementləşdirir

Müharibə maksimum uzanmalıdır ki, Ağ Ev istədiklərini tam həcmdə ala bilsin

Namiq Bilal

Ukrayna ilə müharibənin başlandığı gündən bəri Vladimir  Putin ilk dəfə bir Qərb ölkəsinə səfər etdi. Üstəlik, Qərbin rəsmi lideri olan Birləşmiş Ştatlara. Səfər ən azı iki qaranlıq məsələnin üzərinə işıq salır. 

Bunlardan birincisi odur ki, Rusiya Federasiyası (RF) yorulub, Putin müharibəni dayandırmaq istəyir. Son iki ildə trilyonlarla rubl xərcləməsi və yüz minlərlə əsgər itirməsi müqabilində Rusiya Ukraynanın yalnız bir faizini ələ keçirə bilib

Aşkara çıxan ikinci mühüm məsələ isə odur ki, Amerikanın Ukraynaya verdiyi dəstəyin kəsilməsi və ya ciddi şəkildə azaldılması müqabilində Rusiya özünün təbii sərvətlərini ABŞ ilə bölüşməyə hazırdır.

Ankoricdə söhbətin əsas mövzusunun nə olduğunu anlamaq üçün V. Putinin özü ilə apardığı nümayəndə heyətinin tərkibinə baxmaq yetərlidir. Nümayəndə heyətinin əsas tərkibi iqtisadi blokun və bank sektorunun nümayəndələri olub. Rusiya prezidentinin iqtisadi investisiyalar üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyevin verdiyi məlumata görə, Ankoric görüşündə əsas müzakirə mövzularından biri ABŞ və Rusiya arasında iqtisadi investisiyalar və iqtisadi texnologiyalar olub. Qərb və rus mətbuatında gedən məlumatlara görə, söhbət Yamal qazından, Norilsk nikel təsislərindən, Xantı-Mansiysk neft-qaz yataqlarından və digər faydalı qazıntı sahələrindən gedib. Qeyd olunur ki, “Exxon Mobil” neft şirkəti Rusiyadakı fəaliyyətini bərpa etmək üçün prezident Trampa müraciət edib.


Rusiya–Ukrayna müharibəsinin ən böyük qazananı heç şübhəsiz ABŞ-dır. Birləşmiş Ştatların bu müharibədən əldə etdiyi qazancları ard-arda düzməyə çalışaq.

Birinci qazanc: Müharibənin əsas moderatoru anqlosaks ittifaqıdır. Bu barədə çox yazılıb. Qitə Avropası hər zaman Birləşmiş Krallıq və ABŞ ilə rəqabət halında olub. Donald Tramp prezident kürsüsünə oturduğu ilk gündən “ABŞ-nin ən böyük rəqibi Avropa Birliyidir” bəyanatını verib. Rusiya isə NATO çərçivəsində İngiltərə və ABŞ-nin ən böyük düşməni statusundadır. Rusiya–Ukrayna müharibəsi RF ilə Avropa arasında Finlandiyanı, Baltikyanı ölkələri, Polşa və Ukraynanı əhatə edən keçilməz sədd yaradıb. Bu sədd Avropanı ucuz rus neftindən və qazından, Rusiyanı isə Avropa pulundan və texnologiyalarından məhrum edib. Başqa sözlə, Birləşmiş Ştatlar bir güllə ilə iki dovşan vuraraq, əzəli rəqibi olan Avropa Birliyini və düşməni olan Rusiyanı zəiflədir.

İkinci qazanc: İqtisadi qazancdır. Rus qazından məhrum olan avropalılar çox baha qiymətə maye amerikan qazı almağa məcburdur. Avropalılar pul itirir, amerikan şirkətləri isə böyük pullar qazanırlar. Düzdür, müharibənin ilk dövrlərində ABŞ Ukraynaya silah yardımı edib, xərcə düşüb. Lakin sirr deyil ki, Ağ Evin Ukraynaya verdiyi silahların böyük əksəriyyəti ötən əsrin 80–90-cı illərində istehsal edilmiş, istifadədən çıxarılmış və ya çıxarılma ərəfəsindəki silahlar olub. İndi isə Tramp oyun qaydasını dəyişir: Ukraynaya silahlar pulsuz verilməyəcək, həmin silahların pulunu Avropa Birliyi ödəyəcək. Deməli, Amerika hərbi-sənaye kompleksinə yağlı sifarişlər gələcək, pul qazanılacaq. Digər tərəfdən, Ukrayna müharibəsindən çox güclü “rıçaq” kimi istifadə edən Ağ Ev Rusiyanın zəngin təbii sərvətlərinə çökür. Ankoric görüşü bu məqamı rəsmiləşdirdi. Ankoric sammitindən cəmi bir gün sonra Avropa Birliyi ilə ABŞ arasında bağlanan iqtisadi əməkdaşlıq sazişini də Birləşmiş Ştatların bu müharibədən əldə etdiyi iqtisadi qazanclar sırasına əlavə etmək olar. Açıq qaynaqlardakı məlumatlara görə, saziş Avropa Birliyinin ziyanınadır və Rusiya–Ukrayna müharibəsi olmasaydı, avropalılar amerikalılardan asılı vəziyyətə düşməz və belə sazişə razılaşmazdılar.

Üçüncü qazanc: Bu müharibə ABŞ-nin zəifləməkdə olan geosiyasi üstünlüyünü əhəmiyyətli dərəcədə bərpa edir. Həm Avropa, həm də Rusiya Birləşmiş Ştatlardan birbaşa asılı vəziyyətə düşüb. Üstəlik, Ağ Ev “Rusiya ilə ticarət edirsiniz” arqumentini əldə bayraq edərək müxtəlif ölkələri sanksiya basqısı altında saxlayır, öz hegemoniyasını qorumağa çalışır.

Çox ustalıqla qurulmuş oyundur: Birləşmiş Ştatlar həm rəqiblərini zəiflədir, həm pul qazanır, həm də geosiyasi üstünlüyünü qoruyub saxlamaq şansı əldə edir. Kənardan “Trampın hoqqabazlıqları” kimi görünən ziqzaqlar da əslində ABŞ-nin müharibədən əldə etdiyi qazancları sementləşdirir.

Məntiqə görə, Ağ Ev Ukraynaya verilən silahı nə kəsməməli, nə də hədsiz artırmamalıdır. Silah tam kəsilərsə, Rusiya qalib gələr, Putinin Trampdan asılılığı aradan qalxar. Asılılıq yoxdursa, öhdəliklərin yerinə yetirilməsi də yoxdur. Silahın hədsiz artırılması isə Rusiyanı incik salar, Tramp Putindən istədiklərini ala bilməz. Hoqqabazlıqlar və ziqzaqlar silahın dəqiq dozalar şəklində verilməsini təmin edir, qarşıdurmanı uzadır. Müharibə maksimum uzanmalıdır ki, Ağ Ev istədiklərini tam həcmdə ala bilsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri