Icma.az
close
up
RU
Vaşinqton razılaşmalarının 1 ili: strateji diplomatiya, tarixi uğurlar

Vaşinqton razılaşmalarının 1 ili: strateji diplomatiya, tarixi uğurlar

Icma.az, Bizimyol saytına istinadən bildirir.

XIX əsrdə məşhur Alman hərbi strateqi Karl fon Klauzevits demişdi: "Müharibə - siyasətin başqa vasitələrlə davamıdır".

XX əsrdə Çin lideri Çjou Enlay bu ifadəni tərsinə çevirərək belə soyləmişdi: "Diplomatiya - müharibənin başqa vasitələrlə davamıdır".

XXI əsrdə isə Azərbaycan Prezidenti İlham Əliyev bu fikirlərin hər ikisinin doğruluğunu əyani olaraq göstərdi.

Deməli, bu fikrin tərsi də düzdür.

Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsi 30 ilə yaxın davam etdi. Bu 30 ilə yaxın müddətdə Azərbaycan danışıqlar prosesini apardı. Ancaq nəinki nəticə olmadı, əksinə, danışıqlarda vasitəçilik edən böyük dövlətlər münaqişəni Ermənistanın xeyrinə nizamlamağ, bu da alınmırsa, dondurmağa çalışırdılar.

Bu variantların hər ikisi Azərbaycanın əleyhinə idi. Ona görə də Prezident İlham Əliyev həm hərbi, həm siyasi strategiyanı bir-birinin başlanğıcı və davamı olaraq gördü. Həm Klauzevitsin, həm Enlayın fikirlərini əyani olaraq, təsdiq etdi. Həm hərbi əməliyyatlar teatrında, həm danışıqlar masasında.

Silahla mümkün olanı silahla əldə etdi, sözlə mümkün olanı sözlə.

Torpaq üzərində istədiyinə nail oldu: 2020-ci ildəki 44 günlük müharibədə və 2023-cü ildəki antiterror əməliyyatı ilə. 2025-ci ilin avqustunda isə qazandığı qələbəni və yaratdığı yeni hərbi-siyasi reallıqları qarşı tərəfin - Ermənistanın da qəbul etməsinə nail oldu. Həm də dünyanın bir nömrəli hərbi-siyasi və iqtisadi-texnoloji gücü olan ABŞ-ın dəstəyi ilə.

8 avqust Vaşinqton razılaşmalarının ümumi, mühüm nəticəsi, tarixi mənası bundan ibarət idi. Əgər 2020-ci ildə ərazi, yəni xəritə üzərində hərbi qələbə və siyasi uğur (həm də Ağdamın, Kəlbəcərin, Laçının döyüşsüz alınması əlçatmaz görünən siyasi uğur) qazanılmışdısa, 2023-cü ildə antiterror əməliyyatları ilə həmin ərazidə Konstitusiyanın qüvvəsi bərpa olunmuşdusa (ki, bu da Konstitusion-hüquqi baxımdan uğurdur), 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti ölkəsinə strateji diplomatik qələbə qazandırdı. Bu strateji diplomatiyanın birinci və ən mühüm nəticəsi “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasıdır.

Doğrudur, bu sənədi hələlik xarici işlər nazirləri öz imzaları ilə paraflayıb. Yəni sazişin mətninə dair yekun razılaşma əldə olunub. Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxardıqdan sonra hər iki ölkənin birinci şəxsləri bu sazişi imzalayacaqlar və sənəd ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Ancaq bu halında belə 8 avqust razılaşmaları bölgəyə sülh gətirib.

Azərbaycan və Ermənistan artıq bir ildir, sülh şəraitində yaşayır. Azərbaycanla Ermənistan arasında sülh təkcə onunla ifadə olunmur ki, sərhəddə güllə atəlmır, həm də onda ifadə olunur ki, bu iki ölkə arasında artıq iqtisadi və tranzit əlaqələr qurulub. Ticarət başlayıb. Hə iki ölkə, bütövlükdə bölgə bu sülhün real - əllə toxunula, gözlə görülə bilən xeyrini görür.

Azərbaycan göstərdi ki, təkcə müharibə siyasətin deyil, eləcə də, təkcə diplomatiya müharibənin başqa vasitələrlə davamı deyil. Diplomatiyanın özünün də başqa vasitələrlə davamı var: qarşılıqlı iqtisadi münasibətlər, faydalı ticarət və sair.

Göründüyü kimi, Azərbaycanın lideri bölgənin siyasi xəritəsini tamamladı, indi iqtisadi-ticarət və enerji xəritəsini cızır.

Budur, strateqin diplomatiyası.

Başqa - yaxın bölgələrdə müharibələr daha da şiddətlənir, şəhərlər, ölkələr dağılır, ancaq Azərbaycan Prezidentinin uğurlu vizyonu və qərarlı iradəsi ilə Cənubi Qafqazda sülh möhkəmlənir və quruculuq daha da sürətlənir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri