Icma.az
close
up
RU
“Vaşinqton üçün hər iki lider baş ağrısına çevrilib”

“Vaşinqton üçün hər iki lider baş ağrısına çevrilib”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar var. Maraqlıdır ki, bənzər iddialar İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı da səsləndirilir. Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxmasının ardından ölümü ilə bağlı iddialara son qoyulacağı gözlənilirdi. Lakin canlı yayımın onun özü tərəfindən deyil, süni intellekt vasitəsilə hazırlanmış müraciət olduğu barədə daha ciddi iddialar ortaya çıxdı. Maraqlıdır ki, həqiqətən də videodakı bəzi detallardan bunun süni intellekt məhsulu olduğu açıq şəkildə hiss edilir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, Müctəba Xamenei ilə bağlı iddiaların isə fərqli istiqamətdə olduğunu söyləyib: “Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralanıb və daha sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb. Nəticə etibarilə, müharibənin əsas iştirakçı ölkələrinin liderləri ya yaralanıb, ya da ölüb. Lakin hər iki hadisə indiki mərhələdə o qədər də təəccüblü görünmür. Məsələ ondadır ki, həm Müctəba Xameneinin, həm də Benyamin Netanyahunun sıradan çıxması faktiki olaraq tək bir ölkəyə sərf edir: ABŞ! Qəribə səslənsə də, Vaşinqton üçün artıq hər iki lider baş ağrısına çevrilib. Sadəcə fərq ondadır ki, Benyamin Netanyahu köhnə, Müctəba Xamenei isə yeni problemdir”.

T.Rzayev bildirib ki, İsrail ilə İran arasında davam edən müharibə bitmək bilmir, əksinə, uzandıqca uzanır: “Bu isə ABŞ üçün getdikcə daha böyük xərc deməkdir. Keçmiş ali rəhbər Əli Xameneinin ölümü müharibəni bitirmədiyi kimi, onun yerinə daha mühafizəkar və müharibə tərəfdarı olan oğlu hakimiyyətə gəldi. Daha doğrusu, o, SEPAH tərəfindən hakimiyyətə gətirildi. Yəni Əli Xameneinin ölümü ABŞ üçün heç bir müsbət nəticə yaratmadı, əksinə, prosesi faktiki olaraq sıfırladı. Netanyahu isə israrla İrana qarşı hərbi müdaxiləni dəstəkləyir və bununla kifayətlənməyərək açıq şəkildə tələb irəli sürürdü. Vaşinqtonun və ABŞ Prezidenti Donald Trampın təmkinli mövqeyi fonunda isə müxtəlif şantaj və təhdidlərin səsləndirildiyi iddia edilir. Hər halda 12 günlük müharibə zamanı ABŞ tərəflərin bir-birinə açıq zərbələr endirməsinə necə şərait yaratdısa, indi də liderlərin sıradan çıxmasına imkan verən proseslərin formalaşmasına göz yumur. Hətta demək olar ki, bununla kifayətlənməyərək pərdə arxasında kəşfiyyat məlumatlarının paylaşılmasına da şərait yaradır”.

Politoloqun qeyd etdiyinə görə, İsraildə heç də hamı İranla müharibəni və ya regionda aqressiv genişlənmə siyasətini dəstəkləmir: “İranda isə xüsusilə islahatçı qanad dövlətin hazırkı siyasətinin yanlış olduğunu anlayır. İstisna deyil ki, Vaşinqton hər iki tərəflə təmasdadır. Lakin bunun üçün indiki mərhələdə Netanyahu və Müctəba Xameneinin siyasi səhnədən getməsi lazımdır. Bu ssenari baş tutmaya da bilər. Lakin belə olan halda, gərginlik müvəqqəti bitsə də, sonra yenidən başlayacaq. ABŞ isə son ana qədər İrana birbaşa müdaxilə etməməyə çalışacaq. Əgər Netanyahu və Müctəba Xamenei sıradan çıxmasa, gərginlik daha da böyüyəcək. Türkiyə istiqamətinə ballistik raketlərin atılması, regiondakı kürd qruplarının aktivliyi, eləcə də ABŞ-nin İrana məxsus Xark adasına hücum edib oranı işğal etmək və hərbi baza yaratmaq ehtimalı bu prosesləri daha da sürətləndirə bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Mart 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri