Icma.az
close
up
RU
Zəngəzur istiqamətində aktivlik İki ölkə hərəkətə keçdi

Zəngəzur istiqamətində aktivlik İki ölkə hərəkətə keçdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün Tehran nümayəndələrinin tezliklə Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Bəqayi bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında spesifik tarixə malik texniki məsələdir. Son vaxtlar Türkiyə rəsmilərinin dəhlizlə bağlı aktiv çıxışları, həmçinin İran XİN rəsmisinin açıqlaması Suriyadakı yeni vəziyyət fonunda diqqət çəkir.

Nəticə olaraq Tehran dəhlizin açılması ilə razılaşırmı? Bu məsələ İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Zəngəzur dəhlizinin açılması Bakı və Ankaranın regional xarici siyasətində prioritet istiqamətlərdəndir:

“Bunun üçün bütün diplomatik vasitələrdən istifadə edilir. Görünür, Rusiya və Gürcüstan da bu məsələdə maraqlıdır. Ən azından dəhlizin açılması ilə bağlı təşəbbüslərə qarşı çıxmırlar. Əvvəlki Tehran hökuməti isə Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti hesab edirdi. Bunun bir neçə səbəbi ola bilər.

Birincisi, İran kommunikasiya xətlərinin öz ərazisindən keçməsinə çalışırdı;

İkincisi, bəlkə də, düşünürdü ki, dəhlizin açılması nəticəsində İrəvana təsir imkanları azalacaq;

Üçüncüsü, mümkündür ki, İran Zəngəzur dəhlizinin açılması nəticəsində Azərbaycanın daha da güclənməsindən narahat idi.

Amma Bakı bu məsələdə israrlıdır. İranın yeni hakimiyyəti, yəqin ki, həm Azərbaycanın qətiyyətini, həm də Türkiyə və Rusiyanın mövqeyini nəzərə alacaq”.


Kənan Novruzov

Ekspertin sözlərinə görə, Ankara və Moskva Tehranın mövqeyinə təsir edə bilər:

“Fikrimcə, İran dəhliz məsələsi ilə bağlı getdikcə daha loyal mövqe ortaya qoyacaq. Əks halda bu, Rusiya-İran, Rusiya-Türkiyə münasibətlərində gərginliyə səbəb ola bilər. Yəqin ki, Tehran indiki gərgin məqamda Moskvanı və Ankaranı itirmək istəməz.

Region ölkələri Zəngəzur dəhlizinin açılmasını dəstəkləsələr, Ermənistan da qətiyyət göstərə bilməyəcək. Nəzərə almaq lazımdır ki, dəhlizin açılması çox ciddi iqtisadi və siyasi dividentlər vəd edir. Ona hətta regiondankənar bəzi ölkələr, məsələn, Çin də bunda maraqlıdır”.

K.Novruzov bildirib ki, Zəngəzur dəhlizi bütün hallarda açılacaq:

“Danışıqlar yolu ilə baş tutması üçün gərək bütün region ölkələri prosesi dəstəkləsin. Bildiyiniz kimi, ötən gün Ermənistan ordusu mövqelərimizi bir neçə dəfə atəşə tutub. Diplomatik səylər nəticə verməsə, Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq güc yolu ilə dəhlizi aça bilər.

Zəngəzur dəhlizinin 2025-ci ildə bu və ya digər formada açılması mümkündür. Bu, sülh sazişinə də töhfə verə bilər”.

Rövşən Rza
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri