Icma.az
close
up
RU
Vaşinqtonda helikopter və sərnişin təyyarəsinin toqquşduğu qəzada sağ qalan olmayıb CNN

Vaşinqtonda helikopter və sərnişin təyyarəsinin toqquşduğu qəzada sağ qalan olmayıb CNN

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında təyyarə və helikopter toqquşub və qəzaya uğrayıb. Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğu açıqlanıb.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, təyyarə izləmə saytlarından biri olan "ADS-B Exchange" tərəfindən paylaşılan görüntüdə qəzaya uğrayan helikopterlə təyyarənin marşrutlarının kəsişdiyi nöqtə göstərilib.

Hava limanında müntəzəm eniş edən kommersiya sərnişin təyyarəsi ilə hava limanından havaya qalxan hərbi helikopter arasında qəza Ağ Ev və Kapitoliyanın çox yaxınlığında baş verib. Toqquşmadan sonra çaya düşən təyyarə və helikopter qalıqlarının ilk görüntüləri ABŞ mətbuatında dərc olunmağa başlayıb.

Verilən son məlumata görə təyyarə və helikopterin düşdüyü çaydan 18 nəfərin cəsədi çıxarılıb.

"CNN International"ın verdiyi məlumatına görə, qəzadan sağ qalan olmayıb.

"Sərnişin təyyarəsi hava limanına eniş edərkən ordu helikopteri ilə toqquşub. Hazırda Vaşinqton ərazisinin hər yerindən, bütün müvafiq idarələr tərəfindən buraya yönləndirilmiş xilasedicilərimiz çox gərgin şəraitdə işləyirlər. Onlar bu xilasetmə əməliyyatını soyuq suda həyata keçirməyə çalışırlar. Təcili yardım və xilasetmə qrupları üçün çox çətin vəziyyətdir, çox güclü və soyuq külək əsir", - deyə səlahiyyətli şəxslər keçirdikləri mətbuat konfransında bildiriblər.

Ronald Reyqan Hava Limanında açıqlama verən başqa bir səlahiyyətli: "İtirdiyimiz insanlar çox qiymətlidir. Bu anda biz də, sevdiklərini itirən ailələrlə birgə kədərlənirik", - deyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri