Icma.az
close
up
RU
Vaşinqtonda helikopterlə toqquşmuş təyyarənin qara qutuları tapılıb

Vaşinqtonda helikopterlə toqquşmuş təyyarənin qara qutuları tapılıb

ABŞ-nin paytaxtı Vaşinqtonda hərbi helikopterlə toqquşma nəticəsində qəzaya uğramış “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qara qutuları tapılıb.

“Report” xəbər verir ki, bu barədə “ABC News” mənbəyə istinadən məlumat yayıb.

“American Airlines”a məxsus təyyarənin qara qutuları kimi tanınan uçuş məlumatları qeydiyyatçısı və kabina səs qeydiyyatçısı tapılıb və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının laboratoriyasına göndərilib”, – telekanalın məlumatında qeyd olunub.

Xatırladaq ki, ötən gün “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan Milli Aeroport yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Fövqəladə xidmətlərin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər. Bundan başqa, ABŞ Prezidenti Donald Tramp da təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

seeBaxış sayı:71
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri