Icma.az
close
up
RU
Vaşinqtonda strateji xarakterə malik tarixi nailiyyətlər əldə olundu”

Vaşinqtonda strateji xarakterə malik tarixi nailiyyətlər əldə olundu”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş, imzalanan sənədlər ölkəmizin növbəti diplomatik qələbəsidir. Azərbaycan lideri ABŞ-dən sülh mesajları verdi, Cənubi Qafqazda davamlı sülh və sabitliyə çağırışlar etdi.

Qətiyyətlə söyləmək olar ki, Vaşinqton görüşü zamanı uzaq perspektivə hesablanmıştarixi nailiyyətlər əldə olundu.

Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verəcək. Beləliklə, Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olundu.

Sülh sazişinin paraflanması, habelə ATƏT-in Minsk Qrupunun ləğvinə birgə çağırış da sülhə təkan kimi qiymətləndirilməlidir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Zəngəzur Dəhlizi ilə bağlı razılaşma həm region, həm də dünya üçün, o cümlədən Türkiyə ilə Türk dünyası arasında kommunikasiyaların açılması və əlaqələrin inkişafı kontekstində xüsusilə əhəmiyyət kəsb edir. Bu, həm də Azərbaycanın daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilmək perspektivini artırır. Dövlət başçımızın da söylədiyi kimi, ərazimizdən keçən dəhlizlər maliyyə gətirir, iş yerləri və siyasi təsir yaradır.

Azərbaycan tərəfi yekun sülh Sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Cənab Prezidentin ABŞ səfəri həm də Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni xarakteri baxımından vacib məqamlarla yadda qaldı.

Belə ki, artıq ABŞ ilə strateji əməkdaşlıq formatı başlayıb. Səfər çərçivəsində Bakı ilə Vaşinqton arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında anlaşma Memorandumu imzalandı. Bu da ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xartiyada gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bununla enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.

907-ci düzəlişin ləğvi isə Azərbaycanın növbəti siyasi uğurudur. Cənab Prezidentin təbirincə desək, Azərbaycanın heç bir maliyyə dəstəyinə ehtiyac yoxdur, lakin burada rəmzilik var. Ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra Azərbaycan liderinin iştirakı ilə ləğv edilməsi rəmzi xarakter daşıyır və dövlət başçımıza ehtiramın göstəricisidir.

Beləliklə, yüksək səviyyəli Azərbaycan-ABŞ münasibətləri Cənubi Qafqazda sülhü bərqərar etməyə imkan verir. Bu isə nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük fürsətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri