30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniyanın tanınmış komediyaçısı və uşaq kitabları müəllifi Devid Uolliams ətrafında yaranan qalmaqal beynəlxalq kino və televiziya sektorunda ciddi müzakirələrə səbəb olub.
Kulis.az xəbər verir ki, onun əsəri əsasında çəkilən Avstraliya istehsalı “Fing!” filmindəki kiçik rolu da daxil olmaqla, layihə ilə bağlı bütün təqdimat fəaliyyətlərindən adı çıxarılır.
Noyabrın 10-da “The Guardian” və ITV News-un birgə araşdırması nəticəsində 30 qadın Uolliamsla bağlı cinsi xarakterli davranış iddialarını ictimaiyyətə açıqlayıb. İddialar arasında onun gənc qadınlarla münasibətlərindən və məşhurluğundan sui-istifadə etməsi, iş mühitində qadınlara qarşı qeyri-münasib davranması barədə məlumatlar var. Bəzi iddialarda yaşı 15-ə qədər olan şəxslərdən də bəhs edilir. Uolliams isə ittihamları rədd edir. Onun barəsində bu iddialarla bağlı məhkəmə hökmü çıxarılmayıb.
Hadisələrdən sonra “Fing!” filminin istehsalçıları Uolliamsın ekran görünüşünün filmdən çıxarıldığını təsdiqləyiblər. O, filmin media kampaniyasında da iştirak etməyəcək. Avstraliyanın “Stan” striminq xidməti ekran əsərini öz proqramından çıxarıb. ABŞ distribütoru “Angel Studios” da onun rolunun və reklam materiallarındakı iştirakının ləğv olunduğunu açıqlayıb. Böyük Britaniya və İrlandiyada filmin distribütoru olmalı “Sky” isə layihədən imtina edib.
Məsələ bununla bitmir. BBC Uolliamsın iştirak etdiyi bəzi proqramları, o cümlədən məşhur “Little Britain” serialını öz striminq xidmətindən çıxarıb. Onun kitablarının nəşri ilə bağlı qərarlar da yenidən nəzərdən keçirilir. Eyni zamanda Britaniyanın mədəniyyət naziri Lisa Nandi media və yaradıcılıq sektorunun rəhbərləri ilə görüşərək qadınların və məlumat verən şəxslərin qorunması məsələsini müzakirə etməyi planlaşdırır.
Bu hadisə Böyük Britaniyada məşhurların nüfuzundan istifadə etməklə susdurulan şikayətlər, iş yerlərində güc bərabərsizliyi və əyləncə sənayesində hesabatlılıq məsələlərini yenidən gündəmə gətirib.
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada “Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















