Icma.az
close
up
RU
Vaşinqtondan Moskva və Tehrana MESAJ: sanksiyalar danışıqları necə dəyişəcək?

Vaşinqtondan Moskva və Tehrana MESAJ: sanksiyalar danışıqları necə dəyişəcək?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Konqresində Rusiya və İrana qarşı iqtisadi təzyiqi gücləndirən qanun layihəsinin irəliləməsi Vaşinqtonun hər iki istiqamətdə yeni siyasi mərhələyə hazırlaşdığını göstərir.

Rusiya Ukrayna müharibəsinə görə daha sərt sanksiyalarla hədələndiyi halda, Tramp İranın ABŞ ilə razılaşmağa çalışdığını bildirir. Lakin həm qanun layihəsinin hüquqi mərhələsi, həm də Tehranla mümkün danışıqların şərtləri ətrafında bir sıra açıq suallar qalır.

Mövcud vəziyyəti və proseslərin mümkün nəticələri ilə bağlı Bakıvaxtı.az-a fikirlərini bölüşən politoloq Züriyə Qarayeva bu sənəd hələ qüvvəyə minmiş qanun deyil və onun qəbul proseduru tam başa çatmayıb. Dediyinə görə, Nümayəndələr Palatasının Prosedur Komitəsi layihəni dəstəkləyərək aşağı palatanın müzakirəsinə çıxarıb. Növbəti əsas mərhələ layihənin özü üzrə yekun səsvermənin keçirilməsidir:

“Senat sənədi daha əvvəl qəbul etdiyindən, Nümayəndələr Palatası mətni dəyişmədən təsdiqləsə, layihə Trampın imzasına göndərilə bilər. Sənəddə Rusiya rəhbərliyinin, Mərkəzi Bankın, aparıcı bankların, enerji və müdafiə şirkətlərinin, oliqarxların və “kölgə donanması”nın hədəfə alınması nəzərdə tutulur. Buna görə layihə sadəcə növbəti sanksiya paketi deyil, Rusiyanı Ukrayna məsələsində güzəştə məcbur etməyə hesablanan geniş iqtisadi təzyiq mexanizmidir”.

Politoloqa görə, Rusiya və İranın eyni sənəddə birləşdirilməsi Vaşinqtonun bu iki dövləti qarşılıqlı əlaqəli təhlükəsizlik problemi kimi qiymətləndirdiyini göstərir. Onun sözlərinə görə, ABŞ hesab edir ki, Tehran Moskvanı müxtəlif hərbi və texnoloji vasitələrlə dəstəkləyərək Ukrayna müharibəsinin davam etdirilməsində dolayı rol oynayır:

“ Layihə İran Sanksiyaları Aktının qüvvədə qalma müddətinin 2031-ci ilədək uzadılmasını da nəzərdə tutur. Bu addım göstərir ki, Tramp administrasiyası Tehranla danışıq ehtimalından bəhs etsə də, iqtisadi təzyiq vasitələrindən imtina etmək niyyətində deyil. Əksinə, sanksiyalar gələcək danışıqlarda İranı daha çox güzəştə məcbur etmək üçün gücləndirilir. Vaşinqtonun ümumi strategiyası əvvəlcə qarşı tərəfin iqtisadi və siyasi imkanlarını məhdudlaşdırmaq, daha sonra isə danışıqları ABŞ-nin üstün mövqeyindən aparmaqdır”.

Züriyə Qarayeva: ABŞ hesab edir ki, Tehran Moskvanı dəstəkləyərək Ukrayna müharibəsinin davam etdirilməsində rol oynayır

Trampın İranın “tez və çarəsiz şəkildə” razılaşmaq istədiyi barədə bəyanatına gəlincə, müsahibimiz qeyd edib ki, İranın hərbi zərbələr, sanksiyalar və enerji ixracındakı məhdudiyyətlər səbəbindən ciddi təzyiq altında olduğu şübhəsizdir. Bununla belə, Trampın ifadəsini İranın artıq təslim olmağa hazırlaşması kimi qiymətləndirmək düzgün olmazdı. Tehran danışıqlar üçün sanksiyaların qaldırılması, təhlükəsizlik təminatları və müharibənin nəticələrinin kompensasiya edilməsi kimi ağır şərtlər irəli sürür. Z.Qarayeva bildirib ki, İran Hörmüz boğazındakı mövqeyi, regional silahlı şəbəkələri və ABŞ bazalarına təhlükə yaratmaq imkanları vasitəsilə hələ də müqavimət gücünü qoruyur. Tramp isə qarşı tərəfi zəif göstərməklə mümkün razılaşmanı əvvəlcədən Amerikanın qələbəsi kimi təqdim etməyə çalışır. Deməli, bu bəyanat müəyyən reallığa əsaslansa da, onun mühüm hissəsi psixoloji təzyiq və siyasi kommunikasiya məqsədi daşıyır.

“Yaxın dövrdə hansı ssenari daha real görünür və bu proseslər Azərbaycan üçün hansı nəticələr doğura bilər” sualını cavablandıran həmsöhbətimiz deyib ki, hazırkı şəraitdə hərtərəfli razılaşmadan daha çox vasitəçilər üzərindən mərhələli diplomatik proses ehtimal olunur. İlk mərhələdə hərbi əməliyyatların məhdudlaşdırılması, Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi və qarşılıqlı hücumların dayandırılması müzakirə edilə bilər. Sonrakı mərhələdə İranın nüvə proqramı, beynəlxalq yoxlamalar və sanksiyaların qismən yumşaldılması gündəmə gələ bilər.

“Lakin ABŞ sanksiyaları uzunmüddətli şəkildə möhkəmləndirdiyi, Tehran isə onların ləğvini ilkin şərt saydığı üçün tərəflər arasında ciddi fikir ayrılığı qalır. Hazırkı qanun layihəsində Azərbaycan ayrıca sanksiya hədəfi kimi göstərilmir və ölkəmizin avtomatik şəkildə məhdudiyyətlərlə üzləşəcəyi barədə iddiaların hüquqi əsası yoxdur. Bununla belə, Rusiya və İran ətrafında təzyiqin artması Azərbaycanın ticarət marşrutlarına, enerji siyasətinə və regional təhlükəsizlik mühitinə təsir göstərə biləcəyi üçün Bakı prosesləri diqqətlə izləməlidir”, - Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri