Icma.az
close
up
RU
Vaşinqtonun Cənubi Qafqaza siyasi dönüşü Vensin səfərinin pərdəarxası

Vaşinqtonun Cənubi Qafqaza siyasi dönüşü Vensin səfərinin pərdəarxası

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Deputat: “Vensin səfəri Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların möhkəmlənməsinə xidmət edəcək”

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana gözlənilən  səfəri strateji baxımdan son dərəcə əhəmiyyətlidir və bu səfəri bir neçə əsas istiqamət üzrə dəyərləndirmək lazımdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.

Millət vəkili qeyd edib ki, belə yüksək səviyyədə, yəni ABŞ-ın ikinci şəxsinin bölgəyə rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaza siyasi “geri dönüşü”nün ciddi olduğunu açıq şəkildə göstərir: “Başqa sözlə, bu səfərlə Tramp administrasiyası Cənubi Qafqazı birinci dərəcəli geosiyasi prioritet kimi qiymətləndirdiyini və demokratlar dövründə itirilmiş imkanları bərpa etmək istədiyini nümayiş etdirir. Bu da təsadüfi deyil. Çünki Rusiyanın regionda gücü ciddi şəkildə zəifləyib, İranın təsir dairəsi məhdudlaşdırılıb və Çinlə qlobal rəqabət fonunda Orta Dəhliz, eləcə də alternativ logistika xətləri strateji əhəmiyyət qazanıb. Bu kontekstdə ABŞ artıq sadəcə müşahidəçi rolunda çıxış etmək yox, proseslərin birbaşa memarı olmaq niyyətindədir”.

“Bu səfər Azərbaycan–Ermənistan sülh prosesi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Prezident Tramp avqustun 8-də Vaşinqtonda sülh gündəliyi üzrə əldə edilmiş tarixi razılaşmanı öz administrasiyasının ən mühüm nailiyyətlərindən biri kimi möhkəmləndirmək istəyir. Məhz bu səbəbdən ABŞ Vensin səfərindən sülh prosesini “sementləşdirmək” üçün istifadə etmək niyyətindədir. Bu baxımdan səfər üç əsas istiqamətdə təsirli ola bilər. Birincisi, Ermənistan üzərində siyasi təzyiqin artırılması və parlament seçkilərindən sonra Azərbaycana qarşı heç bir ərazi iddiası ehtiva etməyən yeni Konstitusiyanın dərhal qəbulunun təşviqi. İkincisi, Konstitusiyanın qəbulundan, yəni, Azərbaycanın əsas şərtinin yerinə yetirilməsindən sonra cari ilin ikinci yarısında Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasının təminat altına alınması. Ən nəhayət, üçüncüsü, sülhdə maraqlı olmayan Rusiya və İrana, habelə ABŞ-dakı erməni diasporuna və Ermənistan daxilindəki revanşist qüvvələrə açıq mesajın verilməsi ki, Cənubi Qafqazda sülhün qalıcı olmasına qlobal güc kimi ABŞ zəmanət verir. Vensin səfəri həm də iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın qələbəsi üçün də az əhəmiyyət kəsb etmir”, - deyə A.Quliyev əlavə edib.

Deputat hesab edir ki, ABŞ vitse-prezidentinin səfəri eyni zamanda, Zəngəzur dəhlizinin bir qolu olan TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsinə, Ermənistan tərəfindən hər hansı gecikmələrin və ya prosesdən yayınmaların qarşısının alınmasına yönəlib: “Bu məsələdə verilən mesaj olduqca aydındır: TRIPP marşrutu vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, İran və Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyalar fonunda Orta Dəhlizin qlobal logistika xəritəsində mövqeyinin gücləndirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu prosesdə söz sahibi olmaq istəyir və məhz buna görə TRIPP “brendləşdirilir”. Beləliklə, Zəngəzur dəhlizi  regional təşəbbüsdən çıxaraq qlobal iqtisadi və təhlükəsizlik layihəsinə çevrilir. Ona qarşı çıxmaq artıq, təkcə Azərbaycana deyil, birbaşa ABŞ maraqlarına qarşı çıxmaq kimi qiymətləndiriləcək”.

“Vensin bölgəyə səfəri Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə və ABŞ–Azərbaycan münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək. Səfər zamanı iki ölkə arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyasının bütün detalları razılaşdırılacaq. Hətta, imzalanma Vaşinqtonda, Ağ evdə nəzərdə tutulmayıbsa Bakıda da Xartiya  imzalana bilər. Bu sənəd vasitəsilə müdafiə və təhlükəsizlik, süni intellekt, regional bağlantılar və iqtisadi sahələr üzrə əməkdaşlıqda yeni mərhələyə start veriləcək. Eyni zamanda ABŞ sərmayələrinin Azərbaycana axını başlayacaq”, - deyə millət vəkili qeyd edib.

Milli Məclis üzvünün qənaətincə, 907-ci düzəlişin birdəfəlik ləğvi və ABŞ qanunvericiliyindən çıxarılması istiqamətində konkret nəticənin əldə olunması baxımından Vensin Bakıya səfəri əlverişli fürsət yaradır: “Tramp administrasiyası yaxşı anlayır ki, köhnəlmiş, bədnam və əsassız narrativlər üzərində qurulmuş bu düzəliş ilk növbədə ABŞ üçün əlavə yükdür və onun milli maraqlarına cavab vermir. Azərbaycan tərəfi qəti şəkildə tələb edir ki, bu düzəlişin ləğvi üçün administrasiya Konqreslə işi gücləndirsin və respublikaçıların Konqres və Senatda üstünlük təşkil etdiyi indiki mərhələdə məsələ  noyabr seçkilərinə kimi birdəfəlik həll edilsin. Vensin səfəri geosiyasi proseslərə mümkün təsiri baxımından da ayrıca dəyərləndirilməlidir. Buraya İran və Rusiyanın Cənubi Qafqazdakı planları, ABŞ-ın bu dövlətlərə münasibətdə yürütdüyü siyasət, İsrail–Fələstin münaqişəsinin nizamlanması, eləcə də Sülh Şurasının gələcək fəaliyyətinə dair məsələlər daxildir. İstisna olunmur ki, səfər çərçivəsində Bakının geosiyasi dialoq və münaqişələrin tənzimlənməsi üçün etibarlı platforma və danışıqlar məkanı kimi çıxış etməsi məsələsi də müzakirə olunsun”.

“Ümumilikdə, Tramp administrasiyası Vensi Bakı və İrəvana göndərməklə ABŞ-ın Cənubi Qafqazı “toqquşma zonası” kimi deyil, logistika, inkişaf və uzunmüddətli sabitlik məkanı kimi gördüyünü ortaya qoyur. ABŞ Azərbaycanın təbii müttəfiqi və sarsılmaz qardaşlıq münasibətlərinə malik Türkiyənin regiondakı strateji rolunu, marağını və həlledici əhəmiyyətini də dəqiq qiymətləndirir. Məhz bu kontekstdə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının yalnız Azərbaycan prizmasından yanaşılmaqla mümkün olduğu və ABŞ-ın bölgəyə dair siyasətində bu reallığın əsas götürüldüyünə dair müəyyən mesajların verilməsi də istisna edilmir”, - deyə deputat fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri