Icma.az
close
up
RU
Vatikanın yeni çağırışı: Simvolik liderliyin geosiyasi boşluğu

Vatikanın yeni çağırışı: Simvolik liderliyin geosiyasi boşluğu

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən qədim və ən simvolik dini vəzifələrindən olan Roma Papalığı bu gün yeni bir mərhələyə qədəm qoyur.

Katolik kilsəsinin ruhani lideri, milyonlarla inanclı üçün mənəvi simvol sayılan Papa uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu itki Vatikan divarlarının içində sakit bir hüznlə qarşılanıb, amma onun təsiri daha geniş coğrafiyada – həm dini, həm də siyasi dairələrdə öz əksini tapır. Hazırkı papanın rəhbərliyi dövrü bir sıra mürəkkəb çağırışlarla yadda qaldı. Qlobal miqyasda dini tolerantlığın azalması, mühacir böhranı, sekulyarizmin yüksəlişi və kilsə daxilində yaşanan müxtəlif qalmaqallar bu dövrdə Vatikanın mövqeyini çətin sınaqlara çəkdi. Bununla belə, Papa daha çox diplomatik səbr və simvolik çıxışlarla yadda qaldı. O, müxtəlif beynəlxalq tribunalarda sülhə, insan haqlarına və ətraf mühitin qorunmasına dair çağırışlar etsə də, bu mesajlar çox zaman real siyasi proseslərin fonunda eşidilmədi, yaxud diqqətdən kənarda qaldı.

İndi isə Vatikan qarşısında yeni vəzifə dayanır: yeni papanın seçilməsi. Konklav adı verilən bu seçki prosesi yalnız dini icmalar üçün yox, həm də beynəlxalq media və analitiklər üçün diqqət mərkəzində olacaq. Amma burada əsas məsələ yeni şəxsin kimliyindən daha çox onun rolunun nə qədər təsirli ola biləcəyidir.

Çünki bu gün dünya tamam fərqli qaydalarla idarə olunur. Qlobal güc balansı dini liderlərin deyil, siyasi blokların, maliyyə elitalarının və geosiyasi maraq qruplarının əlinə keçib. Belə bir şəraitdə yeni papa kim olacaq sualından daha vacib olan məsələ onun nə edə biləcəyi ilə bağlıdır. Bu isə, təəssüf ki, daha çox simvolik jestlər və protokol xarakterli bəyanatlarla məhdudlaşa bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirib ki, tarixən Papalıq təkcə dini yox, həm də siyasi güc mərkəzi idi:

"Orta əsrlərdə Roma Papası Avropanın taleyinə yön verən əsas fiqurlardan biri sayılırdı. O dövrün sxolastik fəlsəfəsi içərisində papa həm dini, həm hüquqi, həm də siyasi üstünlük rəmzi idi. Bir kralın tac geyinməsi belə çox vaxt papanın icazəsi ilə baş verirdi. Yəni papalıq anlayışı bir mənəvi rəhbərlikdən daha çox, dünya siyasətinin mərkəzində dayanan güc simvolu idi. Amma bu gün Papalıq daha çox mənəvi və diplomatik fiqur statusuna enib. Onun çıxışları, bəyanatları sülh, tolerantlıq, insan haqları kimi universallığı qəbul olunmuş, lakin praktikada çox zaman unudulan mövzular ətrafında dövr edir. Bir növ, dünyanın vicdanı olmağa çalışır, amma o vicdanın çağırışlarına qulaq asan çox da olmur".

Onun sözlərinə görə, bu zəifləmənin fonunda artıq dini liderlər yox, daha çox maraq qrupları, geosiyasi ailələr, korporativ və ideoloji koalisiyalar dünya düzəninə yön verir:

"Xüsusilə də yəhudi lobbiləri və qərbin dərin dövlət strukturları adlanan maraq qrupları çox vaxt pərdəarxası qərarların əsas generatorları sayılır. Papalıq isə bu cərəyanların fonunda get-gedə daha çox kənar müşahidəçi rolunda qalır. Yeni seçiləcək papa, çox güman, öz sələfinin ədəbaz və diplomatik xəttini davam etdirəcək. Sülh, humanizm, təbiətin qorunması kimi şablon və doğru, lakin praktikada çox zaman boşa çıxan çağırışlar davam edəcək. Papalıq dövrü artıq orta əsrlərlə birgə tarixdə qalıb. İndi dünyanı yönəldənlər nə müqəddəs mətnlərə, nə də dini liderlərə əsaslanır. Əsas oyunçular artıq başqa masalarda, başqa niyyətlərlə və başqa güclərlə fəaliyyət göstərir. Papa isə hələ də eyni yerdə — Vatikanın içindəki sakit bir otaqda dünyaya dua etməklə məşğuldur".

Elman Vəliyev: Yeni Papa dünya siyasətinə ciddi müdaxilə edə bilməyəcək

Politoloq vurğulayıb ki, tarix dəyişdikcə və qlobal güc balansı yeni aktorların əlinə keçdikcə, Papalıq da zamanla bu gücdən uzaqlaşdı. Bu gün Vatikan daha çox diplomatik jestlərlə və mənəvi çağırışlarla gündəmdə qalmağa çalışır. Lakin nə sülhə çağırışlar, nə də dini mövzularda verilən mesajlar müasir dünyanın sərt reallıqları fonunda real təsir gücünə malik deyil:

"Yeni papa, hər nə qədər ümid və dəyişiklik rəmzi kimi təqdim olunsa da, onun da dünya siyasətinə ciddi müdaxilə edə bilməyəcəyi artıq əvvəlcədən məlumdur. Çünki indiki dünya siyasətin, iqtisadiyyatın və informasiya axınının diktə etdiyi bir düzəndir. Bu düzəndə isə dini liderlərin rolu getdikcə daha çox tarixlə məhdudlaşır. Papalıq artıq tarixin səhnəsində aktyor yox, müşahidəçi mövqeyindədir",- E.Vəliyev fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri