Icma.az
close
up
RU
Mehdiyev Kərimli birliyi: Gizli əlaqələr, birgə "layihə"lər Deputatdan ilginc açıqlamalar

Mehdiyev Kərimli birliyi: Gizli əlaqələr, birgə "layihə"lər Deputatdan ilginc açıqlamalar

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"İllər boyu dövlət quruculuğunda rol oynadığı iddia edilən, lakin sonradan öz siyasi davranışı ilə ictimai etimadı dağıdan şəxslər, o cümlədən Ramiz Mehdiyev kimi fiqurlar xəyanətin ən təhlükəli formasını reallaşdırmış olurlar. Dövlət sistemində uzun illər mövqe tutan, özünü ideoloji dayaqlardan biri kimi təqdim edən bir şəxsin zaman keçdikcə özünü müxalifət adlandıran radikal qruplarla, xüsusilə də Əli Kərimli kimi siyasi xəttinin mahiyyəti xarici təsirlərlə dəfələrlə gündəmə gəlmiş adamlarla yaxınlaşması, əslində, mənəvi-siyasi xəyanətin təzahürüdür".

Bakupost.az xəbər verir ki, bunu deputat Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, bu cür əlaqələr yalnız şəxsi reputasiya məsələsi deyil, dövlətin institusional bütövlüyünə, xalqla hakimiyyət arasında olan etibar münasibətlərinə vurulan ciddi zərbədir.

Deputatın fikrincə, ən acınacaqlısı odur ki, bu şəxslər köləlik psixologiyasından azad ola bilməyərək, milli maraqlara qarşı mövqe tutmaqda davam edirlər:

"Onların davranışı zamanla dəyişsə də, mahiyyəti dəyişmir – milli birliyi sarsıtmaq, siyasi sabitliyi pozmaq və ölkənin strateji inkişafına əngəl yaratmaq əsas fəaliyyətləri olub. Belə şəxslər, istər daxildə, istər xaricdə, 5-ci kolon nümayəndələri kimi fəaliyyət göstərməklə dövlətin əxlaqi və siyasi dayanıqlığını sınamağa çalışırlar.

Bu vəziyyət göstərir ki, milli və dövlət maraqlarına qarşı yönəlmiş hər bir destruktiv fəaliyyət siyasi olmaqla yanaşı, həm də mənəvi faciədir. Xalq və dövlət bu kimi hallardan daim ayıq olmalı, milli birliyi qorumaq və sabitliyi təmin etmək üçün hər bir addımı diqqətlə atmalıdır.

Sadiq Qurbanov


Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı fövqaladə uğurlara kölgə salmağa çalışan, ən yaxşı halda isə “bu barədə sual verməyin, danışmaq istəmirəm” deyən “akademik” Ramiz Mehdiyev ilə 44 günlük Vətən müharibəsi zamanı iqtidarı və hakimiyyəti dəstəkləməyən, xalqın yanında olmayan Əli Kərimli tandeminin ideoloji yaxınlığı artıq açıq şəkildə üzə çıxmışdır. Bu tandem yalnız siyasi baxımdan deyil, həm də mənəvi və ideoloji baxımdan oxşar mövqe nümayiş etdirir, hər iki şəxsin davranışları və mövqeləri Azərbaycan xalqının milli maraqlarına qarşı çıxmaqla yanaşı, tarixi məsuliyyəti də yerinə yetirmədiklərini göstərir.

Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etməsi və müstəqil dövlətçilik prinsiplərini qoruması isə vaxtilə guya əks qütblərdə dayanan hər iki şəxsi bir qütbdə birləşdirdi. Belə görünür ki, dövlət maraqlarının təcili və həyati əhəmiyyəti onları bir araya gətirdi, lakin bu, onların mənəvi və ideoloji məsuliyyət daşımadığı gerçəyini dəyişdirmir".

Deputat qeyd edib ki, vaxtilə Milyarderlər İttifaqında və Milli Şurada gizli əməkdaşlıq edən bu qüvvələr indi açıq şəkildə fəaliyyət göstərməyə başladılar:

"Onların hərəkətləri siyasi oyunbazlıqla yanaşı, həm də milli və dövlət maraqlarına qarşı yönəlmiş ciddi təhdid kimi dəyərləndirilməlidir. Əli Kərimli hətta Ramiz Mehdiyevin həbsinə isterik münasibət göstərərək onu pisləyir və açıq şəkildə bildirir ki, bu, Ramiz Mehdiyevin üzərində qələbə hesab olunmur. Bu davranış yalnız şəxsi ambisiyaların və qisas hissinin təzahürü deyil, eyni zamanda dövlətçiliyə və xalqın maraqlarına qarşı ideoloji bir müqavimətdir. Bu tandem, yəni Ramiz Mehdiyev və Əli Kərimli birliyi, həm tarixi, həm də siyasi kontekstdə Azərbaycan cəmiyyətinə qarşı məsuliyyətsiz mövqe nümayiş etdirir. Onların hərəkətləri, açıq və gizli əlaqələri, həm daxildə, həm də xaricdə həyata keçirilən fəaliyyətləri bir daha göstərir ki, anti-milli və destruktiv meyillər yalnız fərdi deyil, struktur və institut səviyyəsində də təhlükə yarada bilər.

Bundan sonra onların tör-töküntüləri daha da fəallaşmağa başladı. İmişlidə yaxasına Georgi lenti bağlayaraq öz nökər psixologiyasını nümayiş etdirən Saleh Səmədovun hərəkətləri, Azərbaycan dövlətinin və ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Bu hadisə göstərdi ki, milli həmrəylik və dövlətin ərazi bütövlüyü qarşısında heç bir fərdi ambisiya və ideoloji çirkin niyyət dayana bilməz. Belə davranışlar yalnız şəxsi məsuliyyətsizlik kimi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və dövlət nizamına qarşı açıq təhdid kimi qiymətləndirilməlidir.

Lakin bu cəhdlər səngimədi. Son günlərdə SSRİ və Azərbaycan SSR-nin bayraqları ilə yürüş təşkil etmək istəyən Abdulla İbrahimli və İbrahim Əsədli adlı anti-milli ünsürlər, Daxili İşlər Nazirliyi tərəfindən keçirilən səmərəli və vaxtında tədbirlər nəticəsində saxlanıldılar. Barələrində cinayət işi açıldı və bu, yalnız hüquqi tədbir kimi deyil, həm də dövlətin vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlmiş ciddi profilaktik addım kimi qiymətləndirildi. Bu hadisə bir daha göstərdi ki, ayıq-sayıqlıq, vaxtında müdaxilə və hüquqi tədbirlər olmadan destruktiv qüvvələr cəmiyyət və dövlət üçün təhlükə mənbəyi olaraq qalmağa davam edər".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri