Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Vaxt yetişdi, “Qarabağ”, “Ayntraxt”ı devir!

Vaxt yetişdi, “Qarabağ”, “Ayntraxt”ı devir!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamının səbirsizliklə gözlədiyi gün, nəhayət, gəlib çatdı. Təbii ki, söhbət “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcəyi oyundan gedir. Heç şübhəsiz, bütün azərbaycanlı futbolsevərlərin gözü “Tofiq Bəhramov”da olacaq. Bilet almağa macal tapanlar tribunalardan, qalanları isə “CBC Sport”un efirindən “köhlən atlar”a dəstək verəcək.

Bəli, əslində qarşıda Almaniya komandası varsa, qələbə xəyallarından uzaq gəzmək olardı. Ancaq bu dəfə mənzərə fərqlidi. Bu dəfə qalib gəlməkdən başqa çarə, geriyə yol, çəkilməyə yer yoxdu! Ona görə ki, hədəf pley-off mərhələsinə vəsiqə qazanmaqdı və bunun üçün daha çox xala ehtiyac var...
Çempionlar Liqası
liqa mərhələsi, 7-ci tur
Qarabağ – Ayntraxt (Almaniya)

Hakimlər: SANDRO ŞERER, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (hamısı İsveç).
21 yanvar. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
Cari mövsümdə inanılmaz nəticələr qazanan “Qarabağ” növbəti tarixi uğurun astanasındadı. Çempionlar Liqasının liqa mərhələsini ən güclü 24 komanda arasında başa vurmaqla möhtəşəm nailiyyət əldə etmək olar. Ötən il “Benfika”, “Kopenhagen” və “Çelsi” kimi dünyaca ünlü rəqiblərdən xallar qoparan “köhlən atlar” “Ayntraxt”ı da qurbanlarının sırasına qatmalıdı. Sizi ağdamlılarla bağlı, demək olar ki, hər cür informasiya ilə tanış etmişik. Qalan detallara gəlincə, yalnız Şahruddin Məhəmmədəliyev zədəlidi. Fərdi məşqlər edən Kadi Borgesin isə iştirak ərizəsində yer alacağı gözlənilmir. Çünki o, Antalyada keçirilən yoxlama oyunlarında şans qazanmayıb. Görünür, “köhlən atlar” Xoni Montielin xidmətindən yararlanmağa davam edəcək. “Bakı Metropoliteni” də bu oyuna görə iş rejimini dəyişəcək. AFFA-nın müraciətinə və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, iş saatı uzadılacaq. Görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01.00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək. Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
İndi isə rəqib haqda. Əlbəttə, “Ayntraxt”ın təqdimata ehtiyacı yoxdu. Ölkəmizdə Frankfurt təmsilçisini elə “Qarabağ” sayəsində tanıyanların da sayı az deyil. Axı bu komanda Avropa Liqasının 2013/14 mövsümünün pley-off mərhələsində “köhlən atlar”la qarşılaşmış, Bakıda 2:0, evdə 2:1 hesablı qələbə qazanmışdı. Ancaq indi vəziyyət böyük ölçüdə dəyişib. Birincisi, “Ayntraxt” 1-ci bundesliqada qeydə alınan uğursuz nəticələrə görə baş məşqçisi Dino Topmöllerlə yolları ayırdı. Təbii ki, son 7 çempionat matçında cəmi bir qələbə qazanırsansa, qovulmaq qaçılmazdı. Özü də köməkçilərinlə birgə. İndi baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti U-21-in çalışdırıcısı Dennis Şmidtə həvalə edilib. O, U-19-un baş məşqçisi Aleksandr Meyerlə birgə iş başında olacaq. Yəqin Meyer adı sizə tanış gəldi. O, yuxarıda bəhs etdiyimiz matçlarda “Ayntraxt”ın heyətində ağdamlıların qapısından ikisi səfərdə, biri evdə olmaqla 3 top keçirib.
Bununla belə, “qartallar”ın idman direktoru Markus Kröşe pley-off mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirir. Görünür, onlar “Qarabağ”ı asan yem zənn edir. Yoxsa UEFA-nın verdiyi cəza sayəsində Bakıda azarkeş dəstəyindən məhrum olan klubun rəsmisi belə inamlı danışmazdı. Rəqib 4 xalla 30-cu sıradadı. Frankfurtlular “Qalatasaray”a qalib gəlibsə (5:1), “Atletiko” ilə “Liverpul”a 1:5, “Atalanta”ya 0:3, “Barselona”ya 1:2 hesabıyla uduzub, “Napoli” ilə isə qolsuz “sülh”ə razılaşıb. “Köhlən atlar” 7 xalla 22-ci pillədədi. Ağdamlılar bu mövqeyi qorumaq uğrunda döyüşməkdən çəkinməməli, ən pis halda, asan yem olmadığını sübut etməlidi!
Maraqlıdı
// “Qarabağ” Almaniya komandalarına qarşı keçirdiyi 10 avrokubok oyununda qələbə qazana bilməyib. Bu matçlarda 2 heç-heçə, 8 məğlubiyyət qeydə alınıb.
// “Qarabağ” avrokuboklarda keçirdiyi son 5 ev oyununda azı 2 qol vurub.
// “Ayntraxt” son 5 avrokubok matçında qələbəyə həsrət qalıb. “Qartallar”ın tarixində bu seriya heç vaxt 6-ya çatmayıb.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri