Vaxtı keçmiş mal satanlar 6 min manat cərimələnəcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər.
Bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.
Belə ki, saxlama müddəti ötmüş məhsulların satışına, eləcə də istehlakçıların malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilirlər.
İstehlakçının aldadılması ilə bağlı bu cərimə həmin əməlin vurduğu ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir. /Trend
Baxış sayı:110
Bu xəbər 13 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















