Icma.az
close
up
RU
Vaxtında gəlməyən qaz vaxtsız gələndə zəhərləyə bilər... Pirşağıdakı qazsızlıq payızı qışa çevirib

Vaxtında gəlməyən qaz vaxtsız gələndə zəhərləyə bilər... Pirşağıdakı qazsızlıq payızı qışa çevirib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pirşağı kəndinin problemləri bitib-tükənmir. Əslində səhər 6-da küçəyə çıxdığın zaman təmizlik içşilərinin kəndi necə təmizlədiyinə şahid olursan. Kənd xaricən təmiz və gözəl görünür. Amma bir misal var: “üstü bəzək, altı...” siz anladınız nə demək istədiyimi...

Pirşağı kəndinin əsas problemlərimizdən biri də kəndə qazın verilməsi ilə bağlıdır. Bu gün noyabrın 4-üdür. 15 gündür Azəriqaz Pirşağı kəndinə normal şəkildə qaz vermir. Ya bütün gün qaz verilmir, ya gecə saatlarında güclü şəkildə verilir. O da elə zəif verilir ki, səhər yeməyi bişməyə qoysan, gecə ancaq hazır olar.

İki gün öncə bütün gün qaz o qədər zəif verildi ki, bir daha qaz olmaz deyə düşündüm. Gecə saatlarında qaz qoxusu ilə yuxudan oyandım. Qazı güclü vermişdilər və açıq qalan qaz sobasından qaz bütün evə dolmuşdu.

Yəni Azəriqaz sadəcə gecə 12:00-dan sonra xatırlayır ki, Pirşağı adlı kənd var və o kəndə də qaz vermək lazımdır. Bununla bağlı sakinlərin adından ölkə başçısına müraciət ünvanlayacağıq, sadəcə bu yazı bir xəbərdarlıq yazısıdır. Bu yazını yazdığım dəqiqələrdə də qazın verilməsi dayandırılıb.

Başqa ölkələrə, Avropa qaz satmağımız ilə az qala fəxr edirik, amma burdan bura Bakının Pirşağı kəndinə qaz vermək sanki Azəriqaz üçün ölüm kimidir.

Xatırlayıram keçən il hər ay 150-200 manat ayda qz üçün pul ödəyirdim, yəni qazın pulunu vaxtında ödəyirik.

Bəs pulunu vaxtında ödədiyimiz qaz bizə niyə vaxtında verilmir?

Ölkəmizdə COP29 keçiriləcək. Düşünürük ki, daha geniş arenlara addım atacaq, təbii sərvətlırimizi daha çox Avropa ölkələrinə satacağıq...

Əgər bunu bizdən kəsməklə satacaqlarsa, heç satılmasa yaxşıdır.

Biz XIX əsrdə yaşamırıq ki, deyək ki, odun peçi istifadə edək ki, ya da ictimai icma quruluşundan qlmamışıq ki, odun qalayıb dibində isinək.

Torpaqlar işğaldan azad edilmiş, nüfuzlu Azərbaycanın vətəndaşları bir qurum (saq)un əlində əsir-yesir qalmışıq.

Hələ qış gəlməyib evdə soyuqdan ölürük, qış da yəqin Azəriqaz-ın qarşısında aksiya keçirirək ki, bizə niyəı qaz vermirsiniz. Baçqa çarəmiz yoxdur ki.

2021-ci ildə Pirşağıya su verilmirdi. Burada su idarəsinin əməkdaşlarından biri mənə dedi ki, suyu yuxarı məhlələrə daha imkanlılarln yaşadığı ərazilərə daha çox verillər.

Bunu yazdıq-çizdik, həlllini tapdı.

Deyəsən Azəriqazın əməkdaşları belə edir.

Əks halda noyabr ayında, Avropaya qaz satacaq qədər qazın olduğu halda və pulunu vaxtında verdiyimiz halda bizə qaz niyə verilməsin ki?

Mövzuya Pirşağıya normal qaz verilənə qədər təkrar-təkrar qayıdacağıq. Prezidentə də müraciət ünvanlayacğıq ki, görək Azəriqaz-ın bizim qazımızı verməməkdə məqsədi nədir...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri