VAZla qayda pozan şəxs saxlanıldı: Sürücülük vəsiqəsi YOX İMİŞ FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Traktorla VAZ toqquşdu; baba və nəvə öldü Sürücülük vəsiqəsi yox imiş FOTO
08 Yanvar 2025 14:18
Sərxoş halda avtomobil idarə edən şəxs saxlanıldı Sürücülük hüququ YOX İMİŞ VİDEO
17 Yanvar 2025 10:09
Bu məşhur şəxs aeroportda saxlanıldı: Axtarışda imiş FOTO
11 Noyabr 2024 16:52

