Icma.az
close
up
RU
Vəfa Yaqublu: Yeni maliyyələşmə modeli ilə 8 min uşaq bağçaya cəlb ediləcək

Vəfa Yaqublu: Yeni maliyyələşmə modeli ilə 8 min uşaq bağçaya cəlb ediləcək

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daha yüksək təhsil haqqı müəyyən edən özəl bağçaların maliyyələşməsi müsabiqəsindən keçməsi ehtimalı daha aşağı olacaq.

Hurriyyet.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qiymətləndirmə zamanı əsas meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir:

"Bu meyar yüksək bal çəkisinə malikdir və müəssisənin standart xidmətləri hansı məbləğə təklif etməsi nəzərə alınacaq. Buna görə də həddindən artıq yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq. Valideynlərə də elanları diqqətlə izləmələri və qaliblər açıqlandıqdan sonra özlərinə uyğun müəssisələri seçmələri tövsiyə olunub".

V.Yaqublu qeyd edib ki, yeni maliyyələşmə modeli dövlət dəstəyi hesabına daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına imkan yaradacaq:

"Məktəbəqədər təhsil icbari olmadığı üçün valideynlər bəzən uşaqlarını müəyyən müddətdən sonra bağçadan çıxarırlar. Bu səbəbdən maliyyələşmə illik deyil, aylıq əsasda həyata keçiriləcək. Uşaqların davamiyyəti mütəmadi monitorinq olunacaq və dövlət öz üzərinə düşən maliyyə payını hər ay ödəyəcək. Valideynlər də təhsil haqqını aylıq qaydada ödəməyə davam edəcəklər. Müqavilələr 10 aylıq dövrü əhatə edəcək. Yay aylarında valideynlərin məzuniyyətə çıxması və mövsümi səbəblərlə uşaqların bağçalara davamiyyətinin azalması nəzərə alınaraq bu müddət müəyyənləşdirilib".

MÜTDA rəsmisi xatırladıb ki, bu il maliyyələşmə modeli çərçivəsində 8 000 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur:

"Uşaq başqa bağçaya keçərsə, yeni namizəd kimi qiymətləndiriləcək və həmin boş yerlər də müsabiqəyə çıxarılacaq. Hazırda 170-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il isə daha 10 yeni müəssisə qeydiyyatdan keçib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri