Vəkil: Abramoviçə Deutsche Bank işi ilə bağlı heç bir ittiham irəli sürülməyib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Rusiyalı biznesmen Roman Abramoviç "Deutsche Bank" işi ilə bağlı axtarışlarda şübhəli şəxs deyil və ona qarşı heç bir ittiham irəli sürülməyib".
Oxu.Az xəbər verir ki, bu barədə iş adamının nümayəndəsi TASS-a bildirib.
Onun sözlərinə görə, Abramoviçin adını bu işlə "əsassız şəkildə əlaqələndirən" media nəşrləri ilə bağlı hüquqi tədbirlər görülüb. O, qeyd edib ki, bu materiallar alman nəşrlərindən birində dərc olunmuş yalan məlumatlara əsaslanır.
"Bəzi media orqanları artıq səhvlərini düzəldib və Abramoviçin adını siliblər, digərlərinin də eyni addımı atmasını gözləyirik", - nümayəndə əlavə edib.
Qeyd edək ki, daha əvvəl iş adamının nümayəndəsi R.Abramoviçin "Deutsche Bank" işi ilə bağlı Almaniya hökuməti tərəfindən aparılan hər hansı bir araşdırma barədə heç bir məlumata malik olmadığını və həmişə qanuna riayət etdiyini bildirmişdi.
"Der Spiegel" jurnalı bundan əvvəl "Deutsche Bank"ın ofislərində aparılan axtarışların bankın Abramoviçin nəzarətindəki şirkətlərlə işgüzar əlaqələri ilə bağlı olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 31 Yanvar 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















