Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü FOTOLAR

Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü FOTOLAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla görüş keçirib.

Gununsesi.info Teleqraf -a istinadən xəbər verir ki, görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Kollegiya sədri Anar Bağırov Səbuhi Göyüşovu müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, onun uğurunu yüksək qiymətləndirib və bu cür proqramların ölkəmizdə istedadlı gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Eyni zamanda sədr Səbuhi Göyüşovun mentorluq proqramı çərçivəsində idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK tərəfindən zəruri dəstək göstəriləcəyini, birillik fərdi inkişaf planı əsasında onunla sıx əməkdaşlıq ediləcəyini, habelə öz təcrübəsini bölüşərək potensialını üzə çıxarmasına kömək olacağını bildirib.

Həmçinin Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan, Kollegiyanın maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və eyni zamanda qarşıda duran hədəflərdən söz açıb.

Səbuhi Göyüşov isə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib, müsabiqə haqqında təəssüratını bölüşüb, öz layihəsinin əsas məqsədləri və gələcək planları barədə danışıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Mart 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri