Icma.az
close
up
RU
Vəkillərə yaşa görə əmək pensiyası hüququ verilsin! Azay Quliyev

Vəkillərə yaşa görə əmək pensiyası hüququ verilsin! Azay Quliyev

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinin 25-ci maddəsinin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunda məhkəmə hakimlərinin, prokurorluq və xüsusi rütbə daşıyan digər orqanların müvafiq əməkdaşlarına tətbiq olunan güzəştli normalar vəkillərə şamil edilmir. Buna səbəb kimi deyilə bilər ki, vəkillik fəaliyyəti müstəqil peşədir, dövlət qulluğu deyil, gəlir gətirən fəaliyyətlə məşğuldu, əmək şəraiti baxımından güzəştli pensiya kateqoriyasına daxil deyil və buna görə də onlar bu imtiyazlardan faydalana bilməzlər. 

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev bildirib.

“Vəkillik institutu müstəqil olsa da, ictimai əhəmiyyətinə və daşıdığı məsuliyyətə görə hakimlik və prokurorluq fəaliyyəti kimi sosial və ictimai dəyərə malikdir, vəkillik fəaliyyəti də məhkəmə hüquq sisteminin, ədalət mühakiməsinin tərkib hissəsidir.

Onlar da çox vaxt təhlükəsizlik riski altında fəaliyyət göstərirlər, ictimai təzyiqlərlə qarşılaşır, istintaq və məhkəmə proseslərinin bütün mərhələlərində iştirak edirlər.

Digər tərəfdən vəkilin gəliri müqavilə üzrə qonorar və az miqdarda da olsa dövlət hesabına göstərilən hüquqi yardım hesabına formalaşdığından, bu  gəlirlər qeyri-stabil və dəyişkəndir”.

Deputat qeyd edib ki, belə şəraitdə vəkillərin pensiyasının yalnız fərdi hesabda yığılan kapitala görə  təyin olunması onalrın  layiqli pensiya səviyyəsinin formalaşmasına çətinlik yaradır.

“Bir çox Avropa ölkəsində vəkillər xüsusi sosial təminat fondlarına qoşulur və uzunmüddətli fəaliyyətinə görə dövlət tərəfindən əlavə pensiya dəstəyi alır (məsələn, Fransa, İtaliya, Polşa). Ona görə təklif edirəm ki,  “Əmək pensiyaları haqqında”  Qanuna müvafiq  dəyişiklik edilsin və  ən azı 35 il vəkillik fəaliyyəti göstərmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinə yaşa görə əmək pensiyası hüququ verilsin. Yəni, digər kateqoriyalarda  bu  hüquq 20-25 il stajdan sonra yaranırsa, vəkillərdə belə bir hüquq heç olmasa, 30-35 il stajdan sonra nəzərdə tutulsun.

Bu isə faktiki olaraq çox az sayda vəkili əhatə edəcək və dövlət büdcəsinə ciddi maliyyə yükü yaratmayacaq.
Əksinə, bu addım vəkillik  fəaliyyətini maddi və mənəvi baxımdan daha da stimullaşdıracaq”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri