Vəli Məmmədov: Parklanmanın olmaması obyektlərin fəaliyyətinə mane olmur
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Biz faktiki olaraq görürük ki, parklanma olmayan yerlərdə bu, obyektlərin fəaliyyətinə mane olmur".
Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum çərçivəsində "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel müzakirə zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib.
Onun sözlərinə görə, bir sıra küçələrdə - R. Behbudov, Y.Səfərov küçəsində parklanma yoxdur və bu obyektlərin fəaliyyətinə mənfi təsir etməyib.
O bildirib ki, insanlar arasında yanlış olaraq belə bir fikir var ki, bütün obyektlərin qarşısında parklanma olmalıdır, lakin dünya təcrübəsində də belə bir yanaşma yoxdur.
Aləmdə Nəsib


