Velko Simiç: “Azarkeşlərin dəstəyi ilə möcüzə yaşaya bilərik” VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubuna minimal hesabla (1:2) məğlub olan Azərbaycanın “Sabah” futbol klubunun hücumçusu Velko Simiç qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz İctimai TV-yə istinadla xəbər verir ki, Rumıniyadakı matçda komandasının yeganə qoluna imza atan serbiyalı futbolçu cavab oyunundan ümidli olduğunu bildirib.
“Ola bilər ki, bu, bizim ən yaxşı oyunlarımızdan biri deyildi. Amma hər şey ikinci oyundan asılıdır, ümumi nəticə hələ bəlli deyil. Sözsüz ki, oyunumuzda inkişaf etdirməli olduğumuz məqamlar var”, - deyə o açıqlamasında vurğulayıb.
29 yaşlı hücumçu Çempionlar Liqasında qol vurmağın sevindirici olduğunu, lakin komandanın uğurunu hər şeydən üstün tutduğunu vurğulayıb:
“Bu mərhələdə qol vurmaq möhtəşəm hissdir. Lakin mənim üçün qollardan da önəmlisi komandanın nəticəsidir. Əgər Bakıda yaxşı oyunla Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsək, bu mənim üçün qollardan daha böyük mükafat olacaq”.
Təcrübəli futbolçu avqustun 25-də Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi azarkeşlərə də çağırış edib:
“Biz qarşıdakı oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizi stadiona gəlib tribunaları doldurmağa çağırıram. Onların dəstəyi ilə yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
Qeyd edək ki, “Sabah” və “Hapoel” arasındakı həlledici cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















