Venesueladan ABŞ a çağırış: Bu, həqiqətə uyğun deyil...
Icma.az, Axar.az saytına istinadən bildirir.
Venesuela sanksiyaların uzadılmasını rədd edir və ABŞ ilə qarşılıqlı faydalı münasibətlərə çağırır.
Axar.az xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Teleqram kanalında bildirib.
“Venesuela ABŞ hökuməti tərəfindən ölkəmizə münasibətdə 8 mart 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Hüseyn Obama tərəfindən imzalanmış 13692 saylı fərmana uyğun olaraq, elan edilmiş qondarma milli fövqəladə vəziyyətin uzadılmasını qəti şəkildə rədd edir.
Venesuelanın ABŞ xalqı və hökuməti üçün fövqəladə təhlükə kimi qiymətləndirilməsi həqiqətə uyğun deyil”, - deyə bəyanatda qeyd edilib.
Rəsmi açıqlamada əlavə olaraq vurğulanıb ki, Venesuela ABŞ hökumətini beynəlxalq münasibətlərin aparılmasında düzgün və hörmətli rol oynamağa, birtərəfli yanaşmalardan imtina etməyə, qarşılıqlı anlaşma və hər iki dövlətin xalqları üçün faydalı münasibətlər mərhələsinə keçməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Fevral 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















