Venesuelanın yeni lideri ABŞ ni tənqid etdi, Trampın adını isə çəkmədi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-nin siyasətini tənqid edib və ölkənin suverenliyinin qorunmasına çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CNN" telekanalı məlumat verib.
"Bütün Venesuela təhlükə altındadır və buna görə də mən milli birliyə çağırıram ki, suverenliyi birinci yerə qoyaraq, diplomatik mübarizə aparaq", - deyə Rodriges bildirib.
O, ABŞ-nin hərəkətlərini qiymətləndirərkən "cinayətkar iqtisadi blokada", "iqtisadi müharibə" və "enerjidaşıyıcılarını ixrac edən ölkənin mühasirəyə alınmasına yönəlmiş dəniz blokadası" kimi ifadələrdən istifadə edib. Lakin buna baxmayaraq, D.Rodriges çıxışında bir dəfə də olsun birbaşa ABŞ Prezidenti Donald Trampdan bəhs etməyib, onun adını çəkməyib və sadəcə ümumiləşdirilmiş sözlərlə kifayətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















