VENESUELLA “RAZILAŞMASI” VƏ YA MADURO PRESİDENTİ... Böyük oyunlar indi başlayır
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağ Evin yaratdığı ˝güclüsənsə haqlısan˝ ˝norması˝ Zəngəzurda da işləyəcəkmi?
Namiq BilalMaduro həbs edildi. Olduqca müəmmalı bir həbsdir. Böyük bir ölkənin prezidentini iqamətgahındakı yatağından arvadı ilə birgə tutub aparırlar, heç kimin çınqırı çıxmır. Adi bir kənd evinə qapanmış banditi tutmaq üçün əməliyyat qurulur, müqavimət göstərilir, atışma olur, polis yaralanır və s. Burada isə bir nəfər "əməliyyatçının" burnu da qanamadan iş bitirilir.
Maduro Çindən, Rusiyadan, İrandan dəstək istəmişdi. Mediada olan məlumatlara görə, belə dəstək verilirdi. Venesuela, Çin-Rusiya-İran üçlüsünün qoruması altına alınmışdı. Bu ölkə dünyanın ən böyük neft ehtiyatlarına sahib olan fövqəladə əhəmiyyətli dövlətdir. Və dünyanın aparıcı güclərinin maraqlarının toqquşduğu çox önəmli coğrafi məkandır. Deməli, bu böyük ölkələrin hamısının xüsusi xidmət orqanları Maduronun ətrafında cəmləşmişdi. Yaxşı, deyək ki, Maduronun ordusu, xüsusi xidmət orqanları, polisi, prezident qvardiyası, cangüdənləri – hamısı həmin gecə dərin yuxuya qaldı və ya A-dan Z-yə hamısı satıldı. Venesuela neftində fövqəladə maraqları olan Çinin, Rusiyanın xüsusi təyinatlılarına, Rusiyanın Karakasa göndərdiyi seçilmiş vaqnerçilərə nə oldu? Onlar da kollektiv şəkildə satıldılar və ya yuxuya qaldılar?
Müəmma böyükdür. Çox böyük ehtimalla ortalıqda bir "əlaltı razılaşma" var. Tramp əməliyyatdan bir neçə saat öncə Çin səfirini qəbul edib, qapalı danışıqlar aparıb. Yenə də əməliyyatdan bir neçə saat öncə ABŞ nümayəndələri Pekində Si Cinpinlə görüşüblər. Sonra da heç kimin "görmədiyi, eşitmədiyi" ağır helikopterlər "gecənin sakitliyini pozmadan" əməliyyatı bitiriblər.

Maduro əlbəttə ki tirandır. Ən böyük neft ölkəsini dilənçi halına salmış, keçmişi tramvay sürücüsü olan fərsiz diktatordur. Amma o, bir ölkənin prezidentidir. Beynəlxalq hüquq normalarına görə toxunulmazdır və ölkəsinin konkret suverenliyi var. Bir tiranın həbs edilməsi insanın içində ˝nəhayət ədalət bərpa olundu˝ eyforiyasını yarada bilər. Amma bu ədalət daha böyük ədalətin-beynəlxalq hüquq prinsiplərinin darmadağın edilməsi hesabına bərqərar oldu.
ABŞ Venesuelladan daha güclüdür və bu ölkənin neftində gözü var. Bunu Tramp hər zaman açıq-aşkar söyləyib. Deməli, ölkənin neftini mənimsəmək üçün ölkə prezidentini narkotik alverində günahlandırıb həmin ölkəyə əl qoymaq olarmış. Bu bir presidentdir. Güclünün öz maraqlarını zorla, bütün hüquq normalarını zibilə ataraq qazanmaq haqqını bərqərar edən presidentdir.
Bunu Ağ Ev bu gün Venesuellada edə bilirsə, sabah da Səudiyyə Ərəbistənında, Küveytdə, Bəhreyndə niyə etməsin... Bu körfəz ölkələrinin kralları, şeyxləri heçmi diktator deyillər? Trampın bu addımı bütün güclülərə daha zəifləri hüdudsuz əzmək haqqı tanıyır. Sabah Rusiya Ermənistanda, Moldovada, Gürcüstanda və ya Çin Tayvanda belə addım atsa Ağ Ev hansı üzlə ˝Beynəlxalq normalar pozuldu˝ deyə səs çıxara biləcək.

Tramp ˝Biz dünyadan çəkilirik və Amerika qitəsini götürürük˝ deyir. Bəs Çin niyə ˝Cənub Çərqi Asiyanı götürürəm˝ və ya Rusiya niyə ˝postsovet ölkələrini və Şərqi Avropanı götürürəm˝ deməsin. Trampın Venesuella addımı Çinə və Rusiyaya öz maraqlarını zorla həyata keçirmək haqqı tanıyır.
Deməli, ˝Venesuella razılaşması˝ dünyanın yenidən bölünməsinin ilkin konkret addımıdır. Belə görünür. Və deməli böyük oyunlar hələ indi başlayır.
P.S. Türkiyə-Azərbaycan tandemi Ermənistandan qat-qat güclüdür. Trampın yaratdığı yeni beynəlxalq ˝norma˝ Zəngəzur dəhlizinə də tətbiq edilə bilərmi? Avropa və bütövlükdə Qərb Trampın Venesuella presidentini ayaq üstə alqışlayır. Maraqlıdır, sabah türklər Zəngəzur məsələsində ipə-sapa yatmayan Ermənistanın üzərinə yerisə, ikiüzlü qərblilər yenə haray-həşir qoparacaqlarmı?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















