“Vengerin Azərbaycana gəlməsi özü böyük hadisədir” Arif Əsədov
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Arsen Vengerin Azərbaycana gəlişinin özü müsbət mənada böyük bir hadisədir. Dünya çempionatı elə bir yarışdır ki, burda müxtəlif tanınmış futbol adamlarını görə bilərik. Onlardan da biri Arsen Vengerdir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin keçmiş məşqçisi Arif Əsədov deyib.
FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger AFFA-nın dəstəyi ilə Bakıda təşkil olunan master-klassda Arif Əsədov da daxil olmaqla bir sıra məşqçilərlə görüşüb. Görüşlə bağlı fikirlərini bildirən Əsədov qeyd edib:
“İlk növbədə öz futbol karyerası, yaxşı və neqativ halları, futbol həyatında nələr olması haqda məruzə etdi. Sonra isə müzakirə apardıq. Orda iştirak edən futbol adamları öz suallarını verdilər və Arsen Venger də bunları dolğun şəkildə cavablandırdı. Çox maraqlı bir görüş alındı. Məncə, görüşdə iştirak edən mütəxəssislər hər biri özü üçün nə isə bir şey götürə bildi”.
A.Əsədov Arsen Vengerin Bakıda təşkil olunan U-15 dünya çempionatı ilə bağlı çox müsbət fikirdə olduğunu da vurğulayıb: “Arsen Venger dünya çempionatının çox yüksək səviyyədə olduğunu bildirdi. İstər təşkilati, istər infrastruktur baxımından. Oyunların gedişatı da onu qane edir. Bildirdi ki, dinamika baxımından çox yaxşı bir yarış keçirilir. Xüsusilə də qısa müddətdə bu cür meydançaların ərsəyə gəlməsinin Azərbaycan adına böyük bir uğur olduğunu bildirdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















