Vens açıqladı: İranla müharibə bu halda başa çata bilər
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran hakimiyyəti ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi üzrə imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır.
Lent.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Reuters”ə müsahibəsi zamanı deyib.
“Əgər nüvə silahı istəmirsinizsə, o zaman nə üçün 60 faizə qədər zənginləşdirilmiş yanacağa ehtiyacınız var? Əgər nüvə silahı yaratmaqdan imtina etmək niyyətinizi nümayiş etdirmək istəyirsinizsə, yüksək zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, münaqişəyə son qoyulması məsələsində çox mühüm və fundamental məqamdır”, - Vens deyib.
O bildirib ki, ABŞ hələ də razılaşma əldə etməyə açıqdır, lakin Vaşinqton İranın nüvə proqramı sahəsində konkret güzəştlər etməsini tələb edəcək. “Biz sözləri hərəkətlərlə dəyişmək fikrində deyilik”, - vitse-prezident vurğulayıb.
Vensin sözlərinə görə, vəziyyəti çətinləşdirən amillərdən biri Vaşinqtonun Tehranda qərarların kim tərəfindən qəbul edildiyinə əmin olmamasıdır.
O bildirib ki, ABŞ İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparır. Lakin Vens onların İran hakimiyyəti daxilində nə dərəcədə böyük təsirə malik olduqlarının aydın olmadığını deyib.
“Diqqət yetirdiyimiz məqamlardan biri də ölkələrində qərarların necə qəbul edildiyinin tam aydın olmamasıdır”, - Vens əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 Oktyabr 2026 04:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















