Vensan Kassel Napoleon Bonapartı canlandıracaq VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Fransız aktyor Vensan Kassel "Valor Mortis" videooyununda Napoleon Bonapart obrazını canlandıracaq. Layihə birinci şəxs baxış bucağında təqdim olunan Soulslike janrında hazırlanıb.
Bu barədə "Variety" nəşri məlumat yayıb.
İyunun 8-də keçirilən "Xbox Games Showcase" tədbiri çərçivəsində oyunun ilk treyleri nümayiş olunub. Videoda Vensan Kassel ilk dəfə Napoleon obrazında görünür.
Çarx zamanı imperator baş qəhrəman Uilyamı yeni qazandığı qabiliyyətlərlə bağlı xəbərdar edir və oyunçulara belə bir sual ünvanlayır:
"İmperatorunuz naminə nəyi qurban verməyə hazırsınız?"
Oyunda hadisələr XIX əsr Avropasının fövqəltəbii elementlərlə zəngin alternativ versiyasında cərəyan edir. Oyunçular Böyük Ordunun Uilyam adlı dirildilmiş əsgərini idarə edəcəklər. Qəhrəman həm Napoleon dövrünə aid real silahlardan, həm də dağıdıcı fövqəltəbii qüvvələrdən istifadə edə biləcək.
"Valor Mortis"in satışa çıxarılması sentyabrın 24-nə planlaşdırılıb. Oyun "PlayStation 5", "Xbox Series S", "Xbox Series X" və PC üçün "Steam" platformasında əlçatan olacaq. Layihə, həmçinin "Xbox Game Pass" abunə xidmətinə də əlavə ediləcək. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 İyun 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















