Icma.az
close
up
RU
Vensin Cənubi Qafqaz missiyası nədir?

Vensin Cənubi Qafqaz missiyası nədir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Cənubi Qafqaza yenidən qayıdır və bu dəfə sıradan diplomatik jestlə yox, vitse-prezident səviyyəsində.

Fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana, ertəsi gün isə Azərbaycana səfər edir.

Vensin Cənubi Qafqaz missiyası nədir?

Baku TV-nin videomaterialında bildirilir ki, bu, Vaşinqtonun regiona son illərdə ən yüksəksəviyyəli siyasi təması hesab olunur. Səfər təkcə protokol xarakteri daşımır. Mesaj aydındır, ABŞ Cənubi Qafqazda həm sülh prosesində, həm də yeni iqtisadi xəritənin formalaşmasında birbaşa iştirak etmək istəyir.

Səfərin əsas gündəliyində iki məsələ dayanır. Birincisi, Ermənistan və Azərbaycan arasında sülh sazişinin praktik mərhələyə keçirilməsi. ABŞ ötən il tərəflər arasında razılaşdırılan sülh çərçivəsinin kağız üzərində qalmasını istəmir və prosesə siyasi təminat verməyə çalışır. Vensin İrəvan və Bakı görüşləri məhz etimadın möhkəmləndirilməsi və kommunikasiyaların açılması ilə bağlı konkret addımlara təkan verməyi hədəfləyir.

İkinci və daha strateji məsələ isə TRIPP dəhlizidir. Yəni Azərbaycanı Naxçıvanla birləşdirəcək, oradan Türkiyə və Avropaya uzanacaq yeni tranzit marşrutu. Amma söhbət təkcə avtomobil yolu və dəmir yolundan getmir. Layihə enerji xətləri, logistika mərkəzləri, rəqəmsal infrastruktur və texnoloji inteqrasiyanı da əhatə edir. Başqa sözlə, bu dəhliz Cənubi Qafqazı qlobal ticarət şəbəkəsinin bir hissəsinə çevirə bilər.

Vaşinqton bununla regionu həm iqtisadi cəhətdən canlandırmaq, həm də alternativ marşrutlar yaratmaq istəyir. Bu isə Rusiya və İranın ənənəvi təsirini zəiflədən yeni geosiyasi balans deməkdir. Ancaq risklər də var.

Analitiklər xəbərdarlıq edirlər ki, genişlənən nəqliyyat və maliyyə axınları şəffaf idarə olunmasa, sanksiyalardan yayınma və qeyri-qanuni ticarət riskləri arta bilər. Yəni TRIPP-in uğuru yalnız infrastrukturdan yox, güclü nəzarət və koordinasiyadan asılı olacaq.

Vensin Cənubi Qafqaz səfəri həm də ikitərəfli münasibətlərin inkişafı baxımından önəmlidir.

Nəticə etibarilə, Vensin səfəri, sadəcə, diplomatik tur deyil. Bu, ABŞ-nin "biz buradayıq" mesajıdır. Əgər proses uğurlu alınsa, Cənubi Qafqaz münaqişə zonası yox, tranzit və texnologiya mərkəzinə çevrilə bilər. Bir sözlə, hazırda top Ermənistan və Azərbaycanın, daha çox isə Ermənistanın meydanındadır. Sülhü real iqtisadi imkanlara çevirə bilsək, bu səfər tarixə dönüş nöqtəsi kimi düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri