“Vensin Ermənistan və Azərbaycana səfərləri ilə vaxtilə Boltonun etdiyi eyni səfərlər arasında bağlılıq var...”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Rusiya ABŞ tərəfindən “Tramp yolu” - “TRİPP” adlanan Zəngəzur yolu layihəsinin icra olunması ilə bağlı Ermənistana açıq təzyiq edə bilməsə də, diplomatik dillə məyusluğunu da bildirir. Bəs Moskva Zəngəzur yolunun ABŞ-ın nəzarətində açılmasına qarşı dolayısıyla rəsmi İrəvana hansı təzyiqləri göstərə bilər?
Beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana gözlənilən səfərlərinin əsas məqsədləri barədə Moderator.az-a açıqlama verib.
Onun sözlərinə görə, bu səfər bir neçə geo-siyasi faktordan qaynaqlanır. O, yüksək vəzifəli ABŞ məmurunun Ermənistan və Azərbaycana səfərlərinin ilk növbədə İranla ABŞ-İsrail arasındakı gərginliklə əlaqəli olduğunu qeyd edib və bunun ABŞ-ın müttəfiqlərinə qarşı sərgilədiyi siyasətlə sıx bağlı olduğunu vurğulayıb:
"Hesab edirəm ki, hal-hazırda İranla ABŞ və İsrail arasında yaranmış gərginlik bu səfərin əsas səbəblərindən biridir. Bu həm də Amerika üçün İranla əlaqəli daha geniş geo-siyasi bir məsələnin təhlilidir. Mən bu səfəri, xüsusən də İran məsələsində, ABŞ-ın təsirini artırmaq məqsədilə edilən bir hərəkət kimi dəyərləndirirəm."
Siyasi şərhçi Cey Di Vensin səfərinin Donald Trampın ilk prezidentliyi dövründə onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri ilə xeyli paralellik təşkil etdiyini də qeyd edib. O bildirib ki, Boltonun Azərbaycan və Ermənistana etdiyi səfərlər də eyni siyasətin təzahürü idi və bunun indiki vəziyyətlə əlaqəsi var:
"Boltonun o vaxt Ermənistana və Azərbaycana səfərləri həmin dövlətlərin ABŞ və İsraillə bərabər İranın təsirinə qarşı durmaq istəyinin bir göstəricisi olub. Yadınızdadırsa, o zaman Bolton Azərbaycan rəhbərliyindən açıq şəkildə İrana qarşı çıxılmasını istəmiş, Ermənistan baş naziri Nikol Paşinyanı isə eyni məqsədlə hətta diplomatik şəkildə təhdid də etmişdi. Və hesab edirəm ki, indi də vitse-prezident Cey Di Vens bu səfərlə Ağ Evin təxminən eyni mövqeyini bəlkə də daha güclü şəkildə ifadə edəcək. Yəni ilk növbədə Ermənistandan İrana qarşı növbəti genişmiqyaslu hücum olacağı halda ya məsafəli durmasını, yəni həmin dövlətə heç bir dəstək verməməsini və ya ABŞ-İsrail mövqeyindən çıxış etməsi istəniləcək...”
Teymur Qasımlı söylədiyi fikirləri nəyə əsasən ifadə etdiyini də açıqlayıb:
“12 günlük İsrail-İran savaşı dövründə İrandan Ermənistana xeyli insanın kütləvi axını baş verib. Ermənistan hakimiyyəti də onları çəkinmədən qəbul edib və müvəqqəti şərait də yaradıb. Bir sözlə, Ermənistan, xüsusilə İranla olan əlaqələrinə görə, ABŞ ilə bağlı daha ehtiyatlı davranır. Lakin ABŞ-ın artan təsiri və İranla bağlı sərt mövqeyi, Ermənistanın mövqeyini dəyişdirə bilər...”
Analitik həmçinin ABŞ vitse-prezidentinin səfəri zamanı Rusiyanın və son illər xüsusən Çinin Ermənistanda apardığı aktiv iqtisadi və siyasi fəaliyyətlərə də toxunula biləcəyini qeyd edib:
"Son zamanlar Çin Ermənistanla daha yaxın iqtisadi əlaqələr qurur. Bu, ABŞ üçün ciddi bir rəqabət faktorudur. ABŞ bu vəziyyəti nəzərə alaraq Ermənistanı öz müttəfiqinə çevirərək onu digər iri dövlətlərin təsirindən qorumağa çalışır."
Cey Di Vensin səfərinin Rusiyanın Ermənistan və Azərbaycandakı təsirləri ilə bağlılığına gəldikdə, Teymur Qasımlı, Rusiyanın son vaxtlar Azərbaycana açıq şəkildə təhdidlər edə bilməsə də, diplomatik yollarla müəyyən təsirlər göstərməyə çalışdığını qeyd edərək Kremlin Ermənistan hakimiyyətinə hələ xeyli təsir imkanlarının qaldığını bildirib:
"Rusiya ABŞ tərəfindən “Tramp yolu” - “TRİPP” adlanan Zəngəzur yolu layihəsinin icra olunması ilə bağlı Ermənistana açıq təzyiq edə bilməsə də, diplomatik dillə məyusluğunu da bildirir. Bəs Moskva Zəngəzur yolunun ABŞ-ın nəzarətində açılmasına qarşı dolayısıyla rəsmi İrəvana hansı təzyiqləri göstərə bilər? Bilirsiz ki, cəmi 4 aydan sonra Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bununla bağlı Putin ölkənin daxilində Paşinyana müxalif qüvvələri var gücüylə dəstəkləyə və səfərbər edə, beləliklə də, xalqın hakimiyyətin siyasətindən narazı qalan müəyyənm hissəsini etirazlara və nəticədə ən azı seçkilərdə indiki hakim komandanın namizədlərinə səs verməməsini saxlaya bilər. Düzdü, neçə illərdir ki, Ermənistandakı rusiyapərəst və Qarabağdakı məğlubiyyətdən sonra yetişmiş revanşist qüvvələr Paşinyan və onun komandasına qarşı erməni toplumu arasında yetərincə nüfuzu ola biləcək bir lider və komanda meydana çıxara bilmir. Odur ki, hələlik növbəti parlament seçkilərdə də Paşinyan və onun partiya və hərəkat tərəfdarlarının qalib gəlmə ehtimalı yüksəkdir...”
Bütün bunlarla yanaşı, analitik belə nəticəyə gəlir ki, Amerikanın yüksək çinli məmurunun İrəvana Zəngəzur yolunun açılmasına da hesablanmış səfəri Paşinyana qarşı Rusiyanın ehtimal olunan təzyiqlərini daha da artıra və Ermənistan hakimiyyəti həm daxildə, həm də xaricdə Kreml tərəfindən təşkil ediləcək maksimum təzyiqlərlə qarşı-qarşıya qala bilər.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Fevral 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















