Tramp və Vensin səfərləri Böyük Britaniya və Şotlandiya hökumətləri arasında mübahisə yaradıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 22 oktyabr, AZƏRTAC
Böyük Britaniya və Şotlandiya hökumətləri ABŞ Prezidenti Donald Trampın və vitse-prezident Cey Di Vensin Şotlandiyaya səfərləri zamanı yaranmış 26 milyon funt-sterlinq məbləğində xərcin kim tərəfindən qarşılanmalı olması ilə bağlı fikir ayrılığına düşüblər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Donald Tramp iyul ayında Şotlandiyada Ayrşir və Aberdinşirdəki qolf sahələrinə dördgünlük səfər edib. Şotlandiya hökuməti polis və təhlükəsizlik tədbirlərinə çəkilən xərclənən 20 milyon funt-sterlinqin Britaniya Xəzinədarlığı tərəfindən ödənilməsini tələb edib.
Lakin London rəsmiləri bildiriblər ki, bu səfər rəsmi deyil, şəxsi xarakter daşıyıb və buna görə də xərclər Şotlandiya hökuməti tərəfindən qarşılanmalıdır.
Şotlandiyanın maliyyə katibi Şona Robison, həmçinin vitse-prezident Cey Di Vensin avqustda Ayrşirdə keçirdiyi tətil zamanı polis xərcləri üçün 6 milyon funt sterlinqin geri qaytarılmasını istəyib.
O, Xəzinədarlığın baş katibi Ceyms Mörriyə məktub göndərərək xatırladıb ki, 2018-ci ildə Donald Trampın Şotlandiyaya səfəri zamanı bu cür xərclər Britaniya hökuməti tərəfindən qarşılanmışdı. Şotlandiya hökumətinin açıqladığı ilkin rəqəmlərə əsasən, bu səfərlər Şotlandiya polisinə ümumilikdə 24,1 milyon funt sterlinqə başa gəlib.
Lakin Britaniya hökuməti bu məsuliyyəti öz üzərinə götürməkdən imtina edir. Ceyms Mörri jurnalistlərə açıqlamasında deyib ki, Prezident və vitse-prezidentin bu səfərləri şəxsi səfərlər idi və polis məsələləri Şotlandiya hökumətinin səlahiyyətindədir.
Qeyd olunub ki, 2018-ci ildə rəsmi dəvət göndərilmişdi, lakin 2025-ci ildə bu baş verməyib. Buna görə də London hökumətinin xərcləri kompensasiya etmək planı yoxdur.
Şona Robison isə məktubunda bildirib ki, səfər diplomatik baxımdan əhəmiyyətli olub və bu xərclərin ödənilməməsi gələcək yüksəksəviyyəli səfərlər üçün mənfi presedent formalaşdıra bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















