Icma.az
close
up
RU
Vensin səfəri ABŞ Azərbaycan münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək Deputat

Vensin səfəri ABŞ Azərbaycan münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana gözlənilən səfəri strateji baxımdan son dərəcə əhəmiyyətlidir və bu səfəri bir neçə əsas istiqamət üzrə dəyərləndirmək lazımdır. Belə yüksək səviyyədə, yəni ABŞ-nin ikinci şəxsinin bölgəmizə rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaza siyasi “geri dönüş”ünün ciddi olduğunu açıq şəkildə göstərir. Başqa sözlə, ABŞ vitse-prezidentinin Bakı və İrəvana səfəri Tramp administrasiyasının Cənubi Qafqazı birinci dərəcəli geosiyasi prioritet kimi qiymətləndirdiyinin və demokratlar dövründə itirilmiş imkanları bərpa etmək istədiyinin bariz göstəricisidir. Bu da təsadüfi deyil. Çünki Rusiyanın regionda gücü ciddi şəkildə zəifləyib, İranın təsir dairəsi məhdudlaşdırılıb və Çinlə qlobal rəqabət fonunda Orta Dəhliz, eləcə də alternativ logistika xətləri strateji əhəmiyyət qazanıb. Bu kontekstdə ABŞ artıq sadəcə müşahidəçi rolunda çıxış etmək yox, proseslərin birbaşa memarı olmaq niyyətindədir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib.

"Bu səfər Azərbaycan–Ermənistan sülh prosesi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqtonda sülh gündəliyi üzrə əldə edilmiş tarixi razılaşmanı öz administrasiyasının ən mühüm nailiyyətlərindən biri kimi möhkəmləndirmək istəyir. Məhz bu səbəbdən ABŞ Vensin səfərindən sülh prosesini “sementləşdirmək” üçün istifadə etmək niyyətindədir. Bu baxımdan səfərin üç əsas istiqamətdə təsirli ola bilər: Ermənistan üzərində siyasi təzyiqin artırılması və parlament seçkilərindən sonra Azərbaycana qarşı heç bir ərazi iddiası ehtiva etməyən yeni Konstitusiyanın dərhal qəbulunun təşviqi; Konstitusiyanın qəbulundan, yəni Azərbaycanın əsas şərtinin yerinə yetirilməsindən sonra bu ilin ikinci yarısında Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasının təminat altına alınması; Sülhdə maraqlı olmayan Rusiya və İrana, habelə ABŞ-dakı erməni diasporuna və Ermənistan daxilindəki revanşist qüvvələrə açıq mesajın verilməsi ki, Cənubi Qafqazda sülhün qalıcı olmasına qlobal güc kimi ABŞ zəmanət verir. Vensin səfəri həm də iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın qələbəsi üçün də az əhəmiyyət kəsb etmir".

Müsahibimiz vurğuladı ki, ABŞ vitse-prezidentinin səfəri eyni zamanda Zəngəzur dəhlizinin bir qolu olan TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsinə, Ermənistan tərəfindən hər hansı gecikmələrin və ya prosesdən yayınmaların qarşısının alınmasına yönəlib:

"Bu məsələdə verilən mesaj olduqca aydındır: TRIPP marşrutu vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, İran və Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyalar fonunda Orta Dəhlizin qlobal logistika xəritəsində mövqeyinin gücləndirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu prosesdə söz sahibi olmaq istəyir və məhz buna görə TRIPP brendləşdirilir. Beləliklə, Zəngəzur dəhlizi regional təşəbbüsdən çıxaraq qlobal iqtisadi və təhlükəsizlik layihəsinə çevrilir. Ona qarşı çıxmaq artıq təkcə Azərbaycana deyil, birbaşa ABŞ maraqlarına qarşı çıxmaq kimi qiymətləndiriləcək".

Millət vəkilinin fikrincə, Vensin bölgəyə səfəri Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə və ABŞ–Azərbaycan münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək:

"Vensin səfəri zamanı iki ölkə arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyasının bütün detallarınını razılaşdırılacaq. Hətta, imzalanma Vaşinqtonda, Ağ evdə nəzərdə tutulmayıbsa Bakıda da Xartiya imzalana bilər. Bu sənəd vasitəsilə müdafiə və təhlükəsizlik, süni intellekt, regional bağlantılar və iqtisadi sahələr üzrə əməkdaşlıqda yeni mərhələyə start veriləcək. Eyni zamanda ABŞ sərmayələrinin Azərbaycana axını başlayacaq.

907-ci düzəlişin birdəfəlik ləğvi və ABŞ qanunvericiliyindən çıxarılması istiqamətində konkret nəticənin əldə olunması baxımından da Vensin Bakıya səfəri əlverişli fürsət yaradır. Tramp administrasiyası yaxşı anlayır ki, köhnəlmiş, bədnam və əsassız narrativlər üzərində qurulmuş bu düzəliş ilk növbədə ABŞ üçün əlavə yükdür və onun milli maraqlarına cavab vermir. Azərbaycan tərəfi qəti şəkildə tələb edir ki, bu düzəlişin ləğvi üçün administrasiya Konqreslə işi gücləndirsin və respublikaçıların Konqres və Senatda üstünlük təşkil etdiyi indiki mərhələdə məsələ birdəfəlik həll edilsin".

Deputat vurğuladı ki, Vensin səfəri geosiyasi proseslərə mümkün təsiri baxımından da ayrıca dəyərləndirilməlidir:

"Buraya İran və Rusiyanın Cənubi Qafqazdakı rolu, ABŞ-nin bu dövlətlərə münasibətdə yürüt¬düyü siyasət, İsrail–Fələstin münaqişəsinin nizamlanması, eləcə də Sülh Şurasının gələcək fəaliyyətinə dair məsələlər daxildir. İstisna olunmur ki, səfər çərçivəsində Bakının geosiyasi dialoq və münaqişələrin tənzimlənməsi üçün etibarlı platforma və danışıqlar məkanı kimi çıxış etməsi məsələsi də müzakirə olunsun.

Ümumilikdə, Tramp administrasiyası Vensi Bakı və İrəvana göndərməklə ABŞ-ın Cənubi Qafqazı “toqquşma zonası” kimi deyil, logistika, inkişaf və uzunmüddətli sabitlik məkanı kimi gördüyünü ortaya qoyur. ABŞ Azərbaycanın təbii müttəfiqi və sarsılmaz qardaşlıq münasibətlərinə malik Türkiyənin regiondakı strateji rolunu və həlledici əhəmiyyətini də dəqiq qiymətləndirir. Məhz bu kontekstdə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının yalnız Azərbaycan prizmasından yanaşılmaqla mümkün olduğu və ABŞ-nin bölgəyə dair siyasətində bu reallığın əsas götürüldüyünə dair müəyyən mesajların verilməsi də istisna edilmir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri