Vergi borcu olan şirkət “Bakı Konqres Mərkəzi”ndə texniki və təmir xidmətləri göstərəcək
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tender “Bakı Konqres Mərkəzi” MMC-nin mexanika, elektrik, santexnika, avtomatika, yanğından mühafizə sistemlərinə texniki və təmir xidmətlərinin satın alınması ilə bağlı olub.
Tenderin qalibi "AZSUR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. İddiaçının təklifi 1 milyon 505 min 514 manat səkkiz qəpik təşkil edib.
Şirkət daha öncə Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ilə 149 min 638 manat dəyərində kommunal binaların əsaslı təmiri tenderi üzrə müqavilə bağlayıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC 21 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur. Hüquqi ünvanı AZ1075, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F ünvanıdır.
Şirkətin 76 min 426 manat 89 qəpik ödənilməmiş vergi borcu var.(FED.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















