Icma.az
close
up
RU
Verilən qərar ÜST nın tövsiyyəsinə uyğun həyata keçirilib Vüqar Bayramov

Verilən qərar ÜST nın tövsiyyəsinə uyğun həyata keçirilib Vüqar Bayramov

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Prezident İlham Əliyev alkoqollu içkilərə minimum qiymət qoyulması ilə bağlı fərman imzalayıb.

Bu o deməkdir ki, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışı minimum qiymətlə icra ediləcək.

Bəs, iqtisadi cəhətdən bu necə tətbiq olunacaq? Hansı mexanizmlər nəzərdə tutulub?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Prezidentin alkoqollu içkilərlə bağlı fərmanını şərh edib:

"Alkoqollu içkilərə minimum qiymətin tətbiq edilməsi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilən praktikadır. Eyni zamanda bəzi MDB ölkələrində də bu praktikadan istifadə olunur. Təbii ki, burada məqsəd həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq alkoqollu içkilərə əlçatanlığın azaldılması və istehlakın optimallaşdırılmasıdır. Nəzərə alsaq ki, bu xüsusən İrlandiya, Şotlandiya, Böyük Britaniyada ilk olaraq tətbiq olundu və məqsəd də daha çox məhz sağlamlıq meyarı idi. Bu, ÜST tərəfindən tövsiyyə olunurdu. Ona görə də təbii ki, məqsəd Azərbaycanda tətbiq olunacaq yeni praktikadır. Onu da nəzərə alsaq ki, minimum qiymətlər spirt məhsullarına aid olunacaq. Ən vacib məqsəd isə keyfiyyətsiz alkoqol içkilərinə qarşı mübarizənin gücləndirilməsindən ibarətdir".

Deputat bildirib ki, alkoqollu içkilərlə bağlı verilən qərar ÜST-nın tövsiyyəsinə uyğun həyata keçirilib:

"Nazirlər Kabineti tərəfindən araq məhsulları üzrə minimum qiymətlər müəyyənləşəcək. O zaman təbii ki, qiymətlərin necə dəyişməsini söyləmək mümkün olacaq. Amma, bütövlükdə digər ölkələrin praktikası göstərir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə uyğun olaraq həyata keçirilən bir təşəbbüsdür. Məqsəd burada iqtisadi faktorlardan daha çox səhiyyə və sağlamlıq meyarlarıdır və əlbəttə ki, həm MDB, həm Avropa ölkələrində də məhz sağlamlıqla bağlı meyarlar nəzər alınmaqla bundan istifadə olunur".

Mikayıl Mirzəzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri