Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

“Vətən”, “Dostluq”, “Sevinc”… Bakının itən kinoteatrlarının taleyi

“Vətən”, “Dostluq”, “Sevinc”… Bakının itən kinoteatrlarının taleyi

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Bir vaxtlar insanların film izləmək, istirahət etmək və asudə vaxtlarını keçirmək üçün üz tutduğu kinoteatrlar şəhər həyatının mühüm hissəsi olub.

Bakıda fəaliyyət göstərən "Vətən”, "Azərbaycan”, "Dostluq”, "Sevinc” və digər kinoteatrlar uzun illər tamaşaçıların üzünə açıq olub. Lakin zaman keçdikcə onların bir qismi fəaliyyətini dayandırıb, bəzilərinin binaları sökülüb, digərləri isə fərqli təyinatla istifadə olunmağa başlayıb. 

Bu gün həmin binaların bir qismi ticarət və iaşə obyektləri kimi fəaliyyət göstərir, bəziləri isə baxımsız vəziyyətdə qalıb. 

AZXEBER.COM Azərbaycanın paytaxtında vaxtilə fəaliyyət göstərmiş bir sıra kinoteatrların sonrakı taleyini araşdırıb.


"Vətən” kinoteatrı söküldü

Bakının keçmiş kinoteatrlarından biri "Vətən” olub. Nizami küçəsi, 77 ünvanında yerləşən bina uzun illər kinoteatr kimi fəaliyyət göstərib. 

AzadlıqRadiosunun 2017-ci il iyunun 6-da yayımladığı məlumata görə, həmin il iyunun 4-dən etibarən binanın söküntüsünə başlanılıb. Nəşrin məlumatında bildirilirdi ki, kinoteatrın binası daha əvvəl hərraca çıxarılaraq özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin həmin vaxt verdiyi açıqlamaya əsasən, binanın boşaldılmasından sonra söküntü işlərinə başlanmışdı.

Söküntü həmin dövrdə şəhərin tarixi görünüşünün qorunması ilə bağlı müzakirələrə səbəb olmuşdu. Ərazidə yaşayan bəzi sakinlər binanın keçmişini xatırladaraq onun sökülməsinə etiraz edirdilər.

Beləliklə, "Vətən” kinoteatrı fəaliyyətini dayandırmaqla kifayətlənməyib, binasını da itirən mədəni məkanlardan birinə çevrilib. 


"Azərbaycan” kinoteatrının fəaliyyəti dəyişdi

Bakının tanınmış kinoteatrlarından biri də "Azərbaycan” olub. Binanın tarixi daha əvvəlki dövrlərə gedib çıxır. Mətbuatda yayılan məlumatlara görə, burada 1909-cu ildə "Ekspress” adı ilə kinoteatr fəaliyyətə başlayıb. Sonrakı illərdə müəssisənin adı dəyişdirilərək əvvəlcə "Qırmızı Şərq”, daha sonra isə "Azərbaycan” olub.

Kinoteatr 2011-ci ildə əvvəlki formatda fəaliyyətini dayandırıb. Binada sonradan təmir işləri aparılıb. Onun bir hissəsində kafe, digər hissəsində isə "CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxil olan kinozallar fəaliyyət göstərib.


"Dostluq” kinoteatrı baxımsız vəziyyətdədir

Paytaxtın keçmiş kinoteatrlarından biri də "Dostluq”dur. Daha çox rus dilindəki "Drujba” adı ilə tanınan bu məkanın binası uzun müddətdir əvvəlki funksiyasını yerinə yetirmir.

Bu vəziyyət keçmiş kinoteatrların hamısının başqa bir müəssisəyə çevrilmədiyini göstərir. Bəzi tikililər yeni funksional təyinat almadan istifadəsiz qalır.

"Sevinc” kinoteatrının yerində nə var?

Bakıdakı keçmiş kinoteatrlardan biri də "Sevinc” olub.

Keçmiş kinoteatrın yerində hazırda ticarət təyinatlı obyekt fəaliyyət göstərir. Binanın daxilində mağazalar, restoran və kino salonu kimi müxtəlif məkanlar yerləşir. Bununla belə, keçmiş "Sevinc”in əvvəlki fəaliyyəti və tamaşaçıların xatirələrindəki kinoteatr formatı dəyişib.

Nəticədə məkanın əvvəlki təyinatı qorunmayıb, ərazi isə müasir ticarət və xidmət obyektlərinin yerləşdiyi yerə çevrilib.


"Şəfəq” kinoteatrı teatr binasına çevrildi

Köhnə kinoteatr binalarının hamısının taleyi eyni olmayıb. Onların bir qismi başqa mədəniyyət müəssisələrinin istifadəsinə verilib.

"Şəfəq” kinoteatrının binası Azərbaycan Dövlət Pantomim Teatrının fəaliyyət göstərdiyi məkan kimi tanınır. Bina əvvəlcə başqa məqsədlə tikilib, sonradan sovet dövründə "Şəfəq” adı ilə kinoteatr kimi istifadə olunub. 1994-cü ildən isə burada Pantomim Teatrı fəaliyyət göstərir.


"Nizami” kinoteatrı fəaliyyətini davam etdirdi

Bakıda keçmişdən bu günə qədər kino nümayişi ilə əlaqəsini qoruyub saxlayan məkanlardan biri "Nizami” kinoteatrıdır.

1934-cü ildə istifadəyə verilmiş "Nizami” kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra 2011-ci il noyabrın 24-də açılıb. Yenidənqurma zamanı binada müxtəlif tutumlu kinozallar, müasir kino avadanlıqları və digər xidmət sahələri yaradılıb.

Beləliklə, digər köhnə kinoteatrlardan fərqli olaraq, "Nizami”nin binası yenidən qurularaq kino nümayişi üçün istifadəyə verilib. Bu nümunə tarixi məkanın müasir tələblərə uyğunlaşdırılaraq fəaliyyətini davam etdirməsinin mümkün olduğunu göstərir.

Fəridə Əsədzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri