Icma.az
close
up
RU
VƏTƏN FƏDAİLƏRİ Zamanla Yarışan Tariximiz

VƏTƏN FƏDAİLƏRİ Zamanla Yarışan Tariximiz

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Zəfərimizin beşinci ildönümünə doğru irəlilədiyimiz, qəhrəman şəhidlərimizin beşinci Anım Gününü keçirdiyimiz bu günlərdə müəllifi Manya Səxavətqızı olan “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V cildinin işıq üzü görməsi təkcə bir kitabın nəşri deyil, bu həm də tarixin yaddaşa həkk olunması, şəhid ömürlərinin sözlə ucaldılmasıdır.
Bu dəfə təqdim olunan “VƏTƏN FƏDAİLƏRİ: Şabran–Siyəzən–Xızı şəhidləri” kitabı bu üç bölgədən olan igidlərimizin şərəfli döyüş və həyat yolunu əbədiləşdirir. Layihənin ərsəyə gəlməsində Shahin Məmmədovun mənəvi, Bəhruz Məmmədovun isə maddi dəstəyi önəmli rol oynayıb. Hər iki insanın bu yolda göstərdiyi dəstək, sadəcə bir təşəbbüs deyil, bu həm də şəhidlərin ruhuna ehtiramın göstəricisidir.
“VƏTƏN FƏDAİLƏRİ” layihəsində ərsəyə gələn kitablar sadəcə bioqrafiyalar toplusu deyil, hər sətiri bir məzar daşı qədər əziz, hər səhifəsi bir ana ahı qədər ağırdır. Bu kitabda şəhidlərin qəlbinin döyüntüsü var, bir atanın vüqarı, bir ananın laylası, bir bacının qürur göz yaşları, bir körpənin atasız böyüyən arzuları gizlidir.
Lakin zaman dayanmır. Hər ötən gün bir şəhid valideyni bu vəfasız dünyadan köçür. Onlarla bərabər şəhidin səsi, sevimli xatirələri, uşaqlıq illəri, danışılmamış hekayələri də əbədiyyətə qarışır.
Bəlkə də bu səbəbdən Manya xanım tələsir… Sözün həqiqi mənasında tələsir. Çünki bilir: əgər bu dastanlar indi yazılmasa, sabah gec ola bilər. Hər yazdığı hekayə ilə bir yaddaşın itməsinə mane olur.
“VƏTƏN FƏDAİLƏRİ” – bu xalqın kollektiv yaddaşıdır. Bu layihə gələcək nəsillərə ünvanlanmış bir əmanətdir. Tarixin yaddaşına yazılan şəhid adları kitab səhifələrində əbədiləşdikcə, şəhidlərimiz də unudulmayacaq. Adları məktəblərdə, küçələrdə olsa da, əslində hər birimizin qəlbində yaşayacaq.
Əgər bir gün bütün şəhid valideynləri bu dünyadan köçsə belə “VƏTƏN FƏDAİLƏRİ” qalacaq.
VƏTƏN FƏDAİLƏRİ şəhidlərimizi yaşadacaq, tanımayanlara onları tanıdacaq, unudanlara xatırladacaq, susanlara danışacaq.
Şəhid mayor Vüsal Vəliyevin qardaşı, Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri