Icma.az
close
up
RU
Vətən müharibəsi dövründə Martin Rayan… Yeni faktlar

Vətən müharibəsi dövründə Martin Rayan… Yeni faktlar

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Prosesdə Martin Rayan vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Fransa səfirliyinin əməkdaşları ilə görüşməkdə məqsədi səfirliklə əlaqə yaratmaq olub:

"Bu, iş adamı kimi mənim üçün vacib idi. Amma Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim barədə sonradan Frederik Devosla söhbət edəndən sonra bildim. Onun suallarından məndə belə bir təsəvvür yarandı ki, potensial agentdir. Bunu onun verdiyi suallardan da başa düşdüm. Sonradan Frederik Devos getdi və onu əvəz edən şəxs də eyni hərəkətləri edirdi. Onun hərəkətlərindən başa düşülürdü ki, özünü sadə diplomat kimi aparmırdı. Onunla da çox görüşümüz olub. Mən həmin şəxslərlə görüşməkdən maddi mənfəət güdməmişəm. Onlarla dostluq münasibətim olub. Pul qoparmaq və ya vəzifə almaq məqsədim olmayıb. Əsas məqsədim bir iş adamı kimi təhlükəsizliyimin təmin olunması üçün onlarla əlaqəm olub".

Martin Rayan bildirib ki, 44 günlük Azərbaycan-Ermənistan arasında olan müharibə dövründə daha sıx görüşləri olub:

“Mən Frederik Devosa görüşlərimizin bir problem olub-olmayacağı barədə soruşdum. O zaman Frederik Devos dedi ki, heç bir problem yoxdur".

Daha sonra sərbəst ifadə verən Azad Məmmədli bildirib ki, Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməyib:

“Mənə əməkdaşlıq barədə təklif ediblər. Amma bunu rədd etmişəm. Mən Böyük Britaniya Krallığında olduğum zaman Martin mənə zəng edib və biz söhbət etmişik. Bununla bağlı iş materiallarında səs yazılarımız var. Bizim aramızda heç bir qanunsuz hərəkət və söhbət olmayıb. Mənə 9 epizod üzrə ittiham verilib".

Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin əməkdaşları kimi təqdim olunan və həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları - Frederik Devos və Loran Lödi ilə Martin Rayanın vasitəsilə tanış olub.

Onun sözlərinə görə, ona heç bir imtiyaz və digər söz verilməyib, belə bir söhbətləri də olmayıb:

"Martin Bakıda yaşadığı evində qonaqlıq verib. Məni də digər tanışları kimi həmin qonaqlığına çağırıb. Mən də həmin qonaqlıqda iştirak edən zaman Frederik Devos da ora gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, mənim Frederik Devosla süni görüşümüz görüntüsünü yaradıblar. Mən özüm bu işdə zərərçəkmişəm. Çünki Martin 9 Azərbaycan vətəndaşının onlarla əməkdaşlıq etməsi barədə görüntü yaradıb və onlara təqdim edib. Onlardan da biri mənəm. Mənim özümün icazəm və xəbərim olmadan haqqımda olan məlumatları onlara verib. İndi burada Martin yalan danışır. Deyir ki, guya mən Frederik Devosa 2021-ci ildə suallar verəndə onun xüsusi xidmət orqanının əməkdaşı olduğu nəticəsinə gəlmişəm. Amma Martin Frederik Devosla 2020-ci ildə əməkdaşlıq edib. Vətən müharibəsi dövründə işlər görüb. Burada sual ortaya çıxır ki, niyə görə həmin dövrdə Frederik Devosun xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib. Bundan il yarım sonra onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu müəyyən edib. Analiz edəndə burada Martinin yalan danışdığı açıq-aydın görünür. Martin ölkəmizlə bağlı Fransa xüsusi xidmət orqanlarının 50-yə yaxın tapşırığını icra edib. Bunların da əksəriyyətindən çoxu Vətən müharibəsi dövrünə təsadüf edir. Martin 44 günlük müharibə dövründə əldə etdiyi məlumatların əməkdaşlıq etdiyi Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülməsinə nail olub".

Azad Məmmədli daha sonra ifadəsində göstərib ki, ona irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub:

"Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim".

Növbəti proses mayın 19-da davam edəcək.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Rayan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri